Bütün xəbərlər
9 dekabr, 14:13

Gəncə 3-cü dəfə kitabsevərləri bir yerə topladı. “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutan budəfəki görüşün təşkilatçıları Mədəniyyət Nazirliyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisidir. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində təşkil olunan sərgi çərçivəsində təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları və s. təşkil olunub. 

Sərgiyə gələn azyaşlılar nələr oxuyurlar?

Dekabrın 6-dan 8-dək keçirilmiş sərginin ilk günü coşqulu idi, stendlərin qarşısında ən çox məktəblilər gözə dəyirdi. Onların həvəslə kitabları vərəqləməyi nə yalan deyim, xoşuma gəldi. Kiçik ziyarətçilərlə həmsöhbət olmaq üçün onlara yaxınlaşdım.

Zəhra Həsənova Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdidir. Buraya sinif yoldaşları, müəllimi və valideyni ilə gələn Zəhra mütaliə etməyi sevir. “Əjdaha qardaşlığı” indiyədək oxuduğu ən maraqlı kitabdır. O, Gəncə III Kitab Sərgisindən “Yer altındakı sirr” kitabını alıb. 

Zəhranın sinif yoldaşı olan Mədinə Musayeva əlaçıdır, onda kitab oxumağa həvəsi atası yaradıb. Sərgidən “Hekayələr və təmsillər”i alan Mədinəni daha çox kitabın rəngarəng olması cəlb edib. 

4-cü sinif şagirdi Ruslan Nəbiyev isə riyaziyyat və Azərbaycan dili fənlərini çox sevir. Sinif rəhbəri Sevinc Quliyeva ilə sərgidə iştirak edən məktəbli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri “Balaca şahzadə”ni alıb. 

Balaca Zeynəb isə ingilis dili fənnini çox sevdiyindən ingilis dilində olan kitab almağa üstünlük verib. 

4-cü sinifdə oxuyan Rza Rəsulzadənin maraq dairəsi çox genişdir. O, tarixi çox sevir. Uzun Həsən, Fateh Sultan Mehmet və Atatürklə bağlı kitabları oxuyub. Sərgidəki seçimi isə “Şah Xətai” kitabı olub.

“Mütaliə edənlərin sayı çoxalıb”

“Azərbaycan müəllimi” kitab sərgisində böyüklərin də seçimi ilə maraqlanıb. İxtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi olan, hazırda işləməyən Aysel Seyidova kitab sərgisində ilk dəfə iştirak edib. Ayseli sərgiyə çıxarılan bədii və özünüinkişaf kitabları ilə yanaşı, dərsliklər də cəlb edib. Endirimli qiymətin olması isə ona sərgidən bir neçə kitab almağa imkan verib. Aysel həm də görüş saatlarında iştirak etmək üçün buradadır. 

Gəncə Dövlət Milli Dram Teatrının aktyoru, yazıçı Həsən Fəttah sərgini kitab təbliğatı üçün ən böyük addımlardan biri kimi qiymətləndirir. Onun sözlərinə görə, təxminən 10 il əvvəllə müqayisədə kitab satışı səviyyəsi yüksəlib, mütaliə edənlərin sayı həddindən artıq çoxalıb. Oxucu kimi keyfiyyətə çox önəm verən Həsən düşünür ki, cəlbedici dizaynı olan, keyfiyyətli kağızla çap edilən, şriftləri gözləri incitməyən kitabların alıcıları daha çoxdur. Təbii ki, satışın artması üçün kitabların qiyməti də münasib olmalıdır. “Mütaliə edərək inkişaf edin!” deyən Həsən tövsiyə verməyi də unutmadı.

“Keyfiyyətli kağızla kitab çap etmək baha başa gəlir”

30-dan çox nəşriyyatın iştirak etdiyi sərgidə kitabların keyfiyyəti ilə də maraqlandıq.  

Sərgidə 3-cü dəfə iştirak edən “Çapar” nəşriyyatının rəhbəri Yusif İlhamoğlu alıcıların fəallığını yüksək qiymətləndirib. O, ölkədə kifayət qədər nəşriyyatın olduğunu bildirsə də, əksəriyyətində çap keyfiyyətinin zəif olduğunu etiraf edib: “Biz bu gün oxucunun tələb etdiyi keyfiyyəti ona verə bilmirik. Yaxşı, keyfiyyətli kağızla kitab çap eləmək baha başa gəldiyindən nəşriyyatlar daha aşağı keyfiyyətli kağızlardan istifadə etmək məcburiyyətində qalırlar. Çapın keyfiyyətsiz olması isə oxucu sayına təsir edir: “Oxucu sayı çapın keyfiyyətinə, çapın keyfiyyəti də oxucu sayına təsir edir. Bu, həm də biznesdir. Kitabı sata bilmirəmsə, pul qazana bilmirəm”. Yusif İlhamoğlunun fikrincə,  problemin kökündə həm də təbliğatın, marketinqin zəif olması dayanır: “Gündəlik qayğılar insanı kitab arxasınca qaçmağa qoymur. Ona görə, biz hər yerdə kitabı oxucunun qarşısına çıxartmalıyıq ki, bunu görə bilsin. Bəs necə çıxartmalıyıq? Mətbuat, televiziya, media vasitəsilə”. 

Nəşriyyat rəhbəri təəssüflə qeyd edib ki, təbliğat işində kütləvi informasiya vasitələri lazımi dəstəyi göstərmir. Ona görə də kitabların oxucu kütləsinə çatdırılmasında problemlər yaranır. 

Uzun illər Bakıda fəaliyyət göstərən, hazırda işini Gəncədə davam etdirən “Dastan yayımları” və “Kibu” uşaq nəşriyyatlarının rəhbəri Seymur Tağıyev isə belə hesab edir ki, mətbəə işində olan müəyyən problemlər kitablara marağı azaltmır. Kitab sərgisinə gələnlərin sayının ilbəil artması bunun sübutudur: “Builki sərgidə ən çox məktəblilərin və tələbələrin olması təqdirəlayiqdir. Kitablar da münasib qiymətədir: 3-20 manata”. 

Qeyd edək ki, sərgidə 90%-dək endirimlər tətbiq edilib.

“Kitaba xərclənən pul investisiyadır”

Sərgidə həm də oxucuların yazıçılarla görüşü təşkil edilir ki, bu da hər iki tərəfi bir-birinə yaxınlaşdırır. Belə görüşlərdə müəllif yazdığı əsərin nə dərəcədə maraqlı olub-olmadığını anlayır, oxucusunun təklif və iradlarını eşidir. Mahir Hüseynov yazıçı olmaqla yanaşı, həm də  44 günlük Vətən müharibəsi və Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarının iştirakçısı, ehtiyatda olan mayor, Gəncə Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi qaziləri və şəhid ailələri ilə işlərin təşkili şöbəsinin müdiridir. Sərgidə yenicə çapdan çıxmış “Qərar ver və inkişaf et!” tərcümə kitabı ilə təmsil olunan müharibə iştirakçısının daha əvvəl Azərbaycan və ingilis dillərində (Pakistanda) “Ağıllı qisas” romanı çapdan çıxıb. Yazıçı öz döyüş yolunun fonunda baş verən hadisələri bədii formada, həm peşəkar, həm də həyati təcrübələrinə əsaslanaraq oxucusuna çatdırıb. 

Qız övladı olan Mahir Hüseynov kitab oxuma vərdişinin uşaqlara kiçik yaşlarından aşılamağın vacibliyindən danışıb: “Kitaba xərclənən pul investisiyadır. Biz restoranlarda kitaba xərclədiyimizdən daha artıq pul israf edirik. Qızıma kitabı mən almıram. Ona pul verirəm ki, kitabı özü alsın. Qoy, kitaba pul xərcləməyi öyrənsin – bu ənənəni, vərdişi özündə yaratsın”. Yazıçı oxuculara kitabları onlayn yox, vərəqləyərəq oxumağı məsləhət görür.

Sərgiyə gələn qonaqları qarşılayan, onları istiqamətləndirən könüllüləri də unutmadıq. Gəncə Maarif Evi İctimai Birliyi könüllülər üzrə işin təşkilini öz üzərinə götürüb. Könüllülərin rəhbəri Xuraman Ağayeva eyni zamanda kitabsevərdir. Ona görə də sərgidə var-gəl eləmək onun üçün xoş əziyyətdir: “Kitablarını sevə-sevə oxuduğumuz yazarları, şairləri burada canlı görürük, onlarla ünsiyyət qururuq və bizi maraqlandıran sualları veririk. Hər gün yeni nələrsə öyrənirik”. Gənc oxucuların və alıcıların aktivliyini müşahidə edən könüllü deyir ki, stendlərdəki kitabların çoxunun uşaq ədəbiyyatına aid olması azyaşlı alıcıların sayını artırır. 

1 /3

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.