Bütün xəbərlər
30 may, 13:16

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdədir.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə gerçəkləşən səfər çərçivəsində iki ali təhsil ocağı arasında görüş keçirilib.

Görüşdə İNHA Universitetinin rektoru Cho Myeong Voo Azərbaycana son səfəri çərçivəsində ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi payının olduğunu vurğulayan rektor hazırda BMU-İNHA İDP çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcək inkişafında önəmli rol alacaqlarına inandığını bildirib.

BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının önəmini vurğulayıb. BMU-İNHA İDP-nin uğurlu icrası üçün indiyə qədər Azərbaycan dövləti tərəfindən atılan addımları qeyd edən Yaqub Piriyev həmçinin proqram üzrə sonuncu kursu Koreyada təhsil alan tələbələr üçün Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda təşkil olunan magistraturaya qəbul imtahanlarına diqqət çəkib və yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya təşəkkürünü bildirib. Rektor çıxışının sonunda həmkarını Azərbaycana BMU-İNHA İDP tələbələrinin növbəti məzun gününə dəvət edib.

İclas qarşıda duran məsələlər, habelə gələcəkdə İDP-nin Süni intellekt və Data analitikası kimi ixtisaslar üzrə icrası istiqamətində fikir mübadiləsinin aparılması ilə davam edib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti üçün təşkil olunan sahə gəzintisində İNHA Universitetinin maddi-texniki bazası barəsində ətraflı məlumat verilib.

1 /4

Şərhlər

Xəbər lenti

2 iyun, 14:30

MDU tarixində ilk dəfə imtahanlar mərkəzləşdirilmiş qaydada aparılır

2 iyun, 14:06

Ağdam, Kəlbəcər və Zəngilanda yeni məktəblər istifadəyə veriləcək

2 iyun, 13:54

Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur – Nazir

2 iyun, 13:50

Məktəbli formaları ilə bağlı YENİLİK

2 iyun, 13:43

Prezident İlham Əliyev: İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir

2 iyun, 13:42

Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib – Yenilənib

2 iyun, 13:38

Təhsil biznes sektor ilə danışmalı, birgə əməkdaşlıq etməlidir - Aydın Talıbov

2 iyun, 13:00

Bakalavrları elmi-tədqiqatlara necə cəlb edə bilərik?

2 iyun, 12:55

Musiqi və təsviri incəsənət müəllimi olmaq istəyənlərə MİQ-də bu mövzulardan suallar düşəcək

2 iyun, 12:47

Modern tədris sistemləri qlobal inteqrasiya kontekstində: 50 ildə formalaşan təcrübə – MÜSAHİBƏ

2 iyun, 12:35

BSU və Səmərqənd Dövlət Xarici Dillər İnstitutu əməkdaşlıq edəcək

2 iyun, 12:34

Koreyada təhsil alan BMU-INHA İDP tələbələri ilə görüş keçirilib

2 iyun, 12:30

“Özümü nağılların içində hiss edirəm” Kitab sərgisindən REPORTAJ

2 iyun, 12:29

Sabaha olan hava proqnozu açıqlanıb

2 iyun, 12:27

Peşə təhsili alan 6225 şagirdə interaktiv dərslər keçirilib

2 iyun, 12:19

Qarabağ Universitetinin İncəsənət fakültəsi tarixi binaya köçürüləcək

2 iyun, 11:55

BDU ilə Corc Vaşinqton Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

2 iyun, 11:52

"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda təlimlər keçirilib

2 iyun, 11:46

BANM-də tələbələr üçün maarifləndirici infosessiya keçirilib

2 iyun, 11:42

BSU-da yay imtahan sessiyası başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.