Bütün xəbərlər
20 iyun, 13:44

Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) məzunları üçün Koreya Respublikasında 2024/2025-ci tədris ili üzrə buraxılış mərasimi təşkil edilib.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, İNHA Universitetinin professor-müəllim heyəti və məzunların qatıldığı mərasim Azərbaycan və Koreya respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə universitetin tədqiqat və xarici əlaqələr üzrə prorektoru Voonghee Kim və Qlobal Təhsil Layihə Qrupunun dekan müavini Eunvook Chang IV kursu İNHA Universitetində bitirən 83 məzundan 3 nəfərə - Elton Sətiyev (İnformasiya Texnologiyaları ixtisası), Şahanə Mirəliyeva (Elektrik mühəndisliyi), Mədinə Nurizadəyə (Elektronika mühəndisliyi) “Şərəf" sertifikatını, eyni zamanda Şahanə Mirəliyeva və Murad İbrahimliyə (İnformasiya Texnologiyaları) “Tələbə təmsilçisi"  sertifikatını təqdim ediblər.

Sonra Voonghee Kim və Eunvook Chang məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıblar. 

Məzunlardan Amani Sultanov (İnşaat mühəndisliyi) və Nərmin Teymurlu  (Elektronika mühəndisliyi)  tələbələr adından çıxış ediblər.

Tədbir ənənəvi “papaq atma” mərasimi ilə başa çatıb.

İNHA-dan məzun olan 83 nəfər tələbənin Bakıya qayıtdıqdan sonra BMU-da müdafiə prosesi gözlənilir. Müdafiədən sonra tələbələr 2 diplom alacaqlar və BMU-da “Məzun günü” keçiriləcək.

 3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə 319 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.

Proqram çərçivəsində bu il daha 114 tələbənin İNHA Universitetində təhsilini davam etdirmək üçün Koreyaya yola düşəcəyi gözlənilir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.

1 /10

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.