
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Gənc arıçı” layihəsi çərçivəsində dəstəklənən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisasının məzunu Kəramət Abdurəhmanzadənin ailəsini ziyarət edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi məlumat yayıb.
Məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi yayılmasını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahını yaxşılaşdırmaq olan layihə çərçivəsində seçilən Kəramət Abdurəhmanzadənin ailəsinə peşəkar mütəxəssislərin iştirakı ilə bir aylıq təlim keçirilib.
Təlimləri başa vurduqdan sonra arıçılıq təsərrüfatı üçün lazımi arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər ləvazimatlarla tam təchiz olunublar və onlara səmərəli fəaliyyətləri istiqamətində lazımi şərait yaradılıb.
Leyla Əliyeva görüşdə gənc arıçı ailələri ilə səmimi söhbət edib, fəaliyyəti ilə maraqlanıb, arıçılıq sahəsindəki ilk təcrübə və məhsuldarlıqla bağlı təəssüratlarını dinləyib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrindən olan 60-dan çox gənc ailəyə arıçılıq təsərrüfatının yaradılmasında dəstək göstərilib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər