Bütün xəbərlər
1 aprel, 12:43

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulun aprelın 14-də saat 23:59-dək internet vasitəsilə aparılır.

Bildirilib ki, 2025-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının “Təhsil məlumatlarım” bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları “Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası”nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə “Bakalavrın elektron ərizəsi”ni təsdiq etməlidirlər.

Digər bakalavrlar qeyd olunan müddət ərzində sənədlərini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına (Bakı şəh., Nəsimi ray., Akademik H.Əliyev küç., 299) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdi 2025-ci il mayın 11‑də keçiriləcək. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni – mətnlərin hər birinə aid 4 qapalı, 1 açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur. Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.

İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi qəbul və qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra DİM tərəfindən elan olunan müddətdə aparılır. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (“Magistr” jurnalının 3-cü sayında dərc olunacaq).

Şərhlər

Xəbər lenti

12 iyun, 14:16

Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!

12 iyun, 14:10

400 bal və bir gümüş medal: Abituriyent təcrübəsini bölüşür

12 iyun, 13:36

Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur

12 iyun, 12:49

İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi

12 iyun, 12:41

Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb

12 iyun, 12:34

Kolleclərdə yaz imtahan sessiyası başlayıb

12 iyun, 12:13

Sabahın hava proqnozu açıqlanıb

12 iyun, 12:01

İmtahanların nəticələri bu halda daha tez məlum ola bilər - DİM sədri açıqladı

12 iyun, 12:00

UNEC “Yaşıl universitet” modelinə qlobal keçid təşəbbüsü irəli sürüb

12 iyun, 11:50

Buraxılış imtahanına 11-ci sinfin proqramından suallar salınır? 

12 iyun, 11:36

Həsən Həsənli: Qiymətləndirmələrə iqlim dəyişikliyinə dair sualların daxil edilməsi üçün işlər görülür

12 iyun, 11:25

Universitetlər üçün qrant və maliyyələşmə mexanizmləri səmərəli olmalıdır – Nazir müavini

12 iyun, 11:19

Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

12 iyun, 11:07

Rektor: UNEC elmi jurnallardakı məqalələrinin sayına görə ölkədə liderdir

12 iyun, 10:56

Ədalət Muradov: Vahid plagiat sisteminin yaradılmasına ehtiyac var

12 iyun, 10:55

VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir

12 iyun, 10:53

DİM sədri: “Şagirdlər buraxılış imtahanından sonra da məktəbə getməlidirlər” 

12 iyun, 10:50

STEAM Mərkəzində məktəblilər üçün maarifləndirici təlim keçirilib

12 iyun, 10:24

BANM-in iki tələbəsinə xüsusi təqaüd veriləcək

12 iyun, 10:20

Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.