Bütün xəbərlər
12 iyun, 14:10

Əli İbrahimov 2024-2025-ci tədris ilində III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimum nəticə göstərən iki abituriyentdən biridir. O həm də builki Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə gümüş medal qazanıb.

Uzun müddət çəkdiyi əziyyət hesabına qazandığı uğurunu indi daha geniş auditoriya ilə paylaşan Əli “Azərbaycan müəllimi” ilə də həmsöhbət olub.

Məktəb dərsliklərindən başlanan uğurlu yol

Qazax şəhəri S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olan Əli yalnız imtahanlara hazırlaşmaqla kifayətlənməyib. O, bu prosesi böyük məsuliyyət və fərdi yanaşma ilə həyata keçirərək öz uğur yolunu özü formalaşdırıb. Məktəb dərslərinə və dərsliklərinə xüsusi önəm verib, onları yalnız mənbə kimi deyil, anlayışların əsaslandığı baza kimi qiymətləndirib. 

“Orta məktəb dərsliklərindən daha çox istifadə edirdim. Eyni zamanda, video izahları dinləyir, test vəsaitlərindən faydalanırdım”, – deyə Əli bildirir.

Əli bütün fənlərə bərabər vaxt ayırmağa çalışsa da, çətinlik çəkdiyi mövzuların üzərində daha çox dayanıb. O, təkrarın biliklərin möhkəmlənməsində əsas rol oynadığını vurğulayır: “Zəif bildiyim mövzuları dəfələrlə təkrar edirdim. Bu mənə çox kömək etdi. Təkrarlar öyrənmənin ən vacib hissəsidir. Test etməzdən əvvəl də davamlı oxumaq, təkrar etmək vacibdir”.

Əli düşünür ki, sınaq imtahanlarsız hazırlıq prosesini tamamlanmış saymaq olmaz: “Sınaq imtahanları zəif tərəflərimi üzə çıxarırdı və bundan sonra həmin sahələrə daha çox vaxt ayırırdım”.

“Blok sualları daha düşündürücü idi”

Əli İbrahimov buraxılış imtahanında 290 bal toplayıb. Onun fikrincə, bu mərhələ təkcə bilikləri deyil, həm də məntiqi təfəkkür və analitik bacarığı ölçmək məqsədi daşıyır: “Blok imtahanının sualları daha düşündürücü idi. Bu da başadüşüləndir, çünki blok imtahanları ali məktəblərə qəbulda daha böyük rol oynayır və şagirdlər arasında hazırlıq səviyyəsi daha yüksək olanları seçmək məqsədi güdür”.

İstirahət də vacibdir...

Əli gündəlik cədvəl tərtib etməsə də, istirahəti unutmayıb: “Hər bazar yarım gün dincəlirdim. Yorğun olanda özümə vaxt ayırırdım. Bəzən dərslərimə davam etmək üçün hobbilərimə də vaxt ayırmağım vacib olurdu”.

Hüquqşünas olmaq arzusu ilə yola çıxıb

Əli gələcək planlarından danışaraq hüquq sahəsinə olan marağını vurğulayır: “Hədəfim hüquq təhsili alıb ölkəmə layiqli hüquqşünas kimi xidmət etməkdir”. 

O, eyni zamanda, xaricdə təhsil alaraq beynəlxalq təcrübə qazanmaq arzusundadır.

Əli uğur qazanan şagirdləri digərlərindən fərqləndirən əsas xüsusiyyətlərə də toxunur: “Uğurlu şagirdlərdə bir xüsusiyyət var: məqsədlərinin mahiyyətini anlayır və bu məqsəd uğrunda davamlı çalışırlar. Bu, uğurun əsas amilidir”.

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.