Bütün xəbərlər
23 yanvar, 16:24

Mərkəzi Aran Regional Təhsil İdarəsinin fəaliyyət planına əsasən, tədris ili ərzində fənn aylıqları keçirilir ki, bu aylıqlar çərçivəsində də məktəblərdə silsilə tədbirlər təşkil olunur. Belə tədbirlər şagirdlərin fənlərə marağını artırmaqla yanaşı, onların elmi potensialını gücləndirir. 

İdarə yanvar ayını “Fizika aylığı” elan edib. “Azərbaycan müəllimi” bu aylıq çərçivəsində Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəbdə fizika müəllimi Fəridə Həsənlinin “Açıq dərs”ində iştirak edib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr, daha sonra Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda magistr təhsili alan F.Həsənli həm də doktorantdır. O, 3 ildir ki, Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəbdə fizika müəllimi işləyir.

Açıq dərs: “Atomun quruluşu”

“Açıq dərs”də 7-ci sinif şagirdlərinə “Atomun quruluşu” mövzusu öyrədilirdi. Müəllim interaktiv təqdimatlarla yanaşı, sadə maketlərdən istifadə edir, eksperimentlər keçirdi. Dərs prosesində interaktiv metodlardan istifadə, nəzəri biliklərin praktik nümunələrlə izahı şagirdlərin fəallığını xeyli artırmışdı.

“Açıq dərs”in sonunda Fəridə Həsənli ilə söhbət etdik. O, bu dərsi necə planlaşdırdığını belə açıqlayır:

“Fənni sevdirə bilmək üçün şagirdə onun gündəlik həyatla əlaqəsini izah etməliyik. Atomun quruluşundan danışarkən şagirdlərə yalnız nüvə və elektronların varlığını öyrətmək kifayət deyil. Bu anlayışların texnologiyada, tibb sahəsində, hətta gündəlik həyatımızda necə əhəmiyyətli olduğunu başa salmalıyıq. Çalışıram ki, hər dərsimi maraqlı keçim: uşaqlar sual versinlər, özləri araşdırma aparsınlar, nəsə kəşf etsinlər. Çünki fizika yalnız formal dərs deyil, o, həm də dünyanı dərk etməyin bir üsulu olmalıdır. Bu yanaşma uşaqları elmi axtarışlara yönəltməyin ən doğru üsullarından biridir. 

Bunu “Açıq dərs”ə qatılan həmkarlarım da təsdiqləyir. Uşaqlarda dərsə maraq yaratmaq istəyirəmsə, onlarla birlikdə kiçik təcrübələr etməliyəm, müasir resurslardan yararlanmalıyam. Bəzən onlar “YouTube” üzərindən izlədikləri eksperimentləri mənə göstərirlər, birlikdə müzakirə edirik. Mən də, öz növbəmdə, beynəlxalq onlayn tədris platformalarından mövzu üzrə əldə etdiyim materialları, görüntüləri onlara təqdim edirəm. Fərqli yanaşmalar uşaqların fənnə marağını daha da artırır”.

“Məktəbdə keçilən mövzuların laboratoriya şəraitində canlı izahı çox önəmlidir”

F.Həsənlinin sözlərinə görə, şagirdlərini həm də dərs keçdiyi Mingəçevir Dövlət Universitetinin  laboratoriyası ilə tanış edir, onlara müxtəlif cihazların iş prinsipləri barədə məlumat verir. Onun fikrincə, belə görüşlər uşaqların elmə böyük maraq göstərməsinə səbəb olur: “Düşünürəm ki, məktəbdə keçilən mövzuların laboratoriya şəraitində canlı izahı çox önəmlidir. Mən özüm də hər zaman onlara deyirəm ki, fizika kəşf etməyi sevir, siz də kəşf edin! Universitetin fizika laboratoriyasındakı qurğular uşaqlara çox maraqlı gəlir. Biz onlara təkcə ölçmə və hesablama aparmağı öyrətmirik, həm də cihazların tətbiq sahələri, tarixi, innovativ yeniliklər haqqında danışırıq. Onların sualları, yaradıcı fikirləri məni çox sevindirir”.

Öyrəndik ki, müəllimənin ən çox üstünlük verdiyi yanaşma elmi məlumatları şagirdlərə nəzəri məlumat şəklində ötürməməkdir. O, müxtəlif mənbələrdən, elektron resurslardan və ən əsası, praktik metodlardan istifadə edərək fənni müasir üslubda tədris edir. Onun dərslərində fiziki təcrübələr, interaktiv oyunlar, rəqəmsal texnologiyalardan istifadə, gündəlik həyatdan misallar – bütün bunların hamısı bir arada cəmləşib: 

“İndiki dövrdə çoxsaylı onlayn resurslar var. Mən dərs hazırlayarkən fizikaya dair müxtəlif xarici saytlardan, virtual laboratoriyalardan, videodərslərdən, eyni zamanda, Dövlət İmtahan Mərkəzinin tövsiyələrindən faydalanıram. Lakin əsas məsələ resursların çoxluğu deyil, onların necə tətbiq edilməsidir. Şagirdlər üçün interaktiv videolar, sadə eksperimentlər və gündəlik həyatdan götürülmüş misallar çox təsirli olur. Çünki onlar gördüklərini və toxunduqlarını daha yaxşı yadda saxlayırlar”.

Fəridə müəllim “Fizika aylığı” çərçivəsində keçirilən tədbirlərin şagirdlərin elmi düşüncələrini genişləndirdiyini, ən əsası, onların elmə olan münasibətini formalaşdırdığını vurğulayır:

“Belə aylıqlar məktəblərdə birlik mühiti yaradır. Şagirdlər düşünürlər ki, fizika fənni təkcə imtahan üçün deyil, eyni zamanda, maraqlı kəşflərin, elmi yeniliklərin başlanğıcıdır. Gələcəkdə daha çox şagirdin elmə maraq göstərərək uğurlu tədqiqatçı, mühəndis, ixtiraçı olacağına inanıram”.

Sonda…
18 nömrəli tam orta məktəbdə iştirak etdiyimiz “Açıq dərs” və oradakı isti mühit göstərdi ki, fizika elminin sirləri gələcək nəsillərə sonsuz sevgi ilə ötürülür. Bu fənnə həsr edilmiş aylıq çərçivəsində keçirilən tədbirlər həm şagirdlərin bacarıqlarını artırır, həm də onları elmə həvəsləndirir.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu tamamlanıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.