Bütün xəbərlər
28 aprel, 13:24

Mayın 28-dək η-Aquariid meteor yağışı aktiv olacaq. Yağışın maksimumu isə mayın 6-da gözlənilir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, η-Aquariid meteor yağışı hər il Yerin Halley kometinin orbitində buraxdığı toz hissəciklərinin içindən keçməsi nəticəsində yaranır. Bu hissəciklər Yer atmosferinə daxil olduqda parlaq işıqlı izlər – "axan ulduzlar" əmələ gətirir.

η-Aquariid yağışının mənşəyi Halley kometidir. Bu, astronomiyada müşahidə olunmuş ən qədim kometlərdən biridir. Maraqlıdır ki, Halley kometi həm mayda müşahidə olunan η-Aquariid, həm də oktyabrda baş verən Orionid meteor yağışlarının səbəbidir.

Halley kometinin Günəş ətrafında dolanma periodu 76 ildir. O, son dəfə 1986-cı ildə görünüb. Növbəti dəfə 2061-ci ildə görünəcək. Məşhur ingilis astronomu Edmond Halley 1705-ci ildə bu kometin 1531, 1607 və 1682-ci illərdə görünən kometlərlə eyni cisim olduğunu sübut edib. Onun şərəfinə kometin adı Halley adlandırılıb.

Meteor yağışı mənbəyi (radiantı) Dolça (Aquarius) bürcündə η Aquariid ulduzunun yaxınlığında olduğu üçün bu adı alıb. Meteorların trayektoriyası göydə bu nöqtədən şüalanırmış kimi görünür, lakin ən yaxşı müşahidə üçün radianta birbaşa yox, 30–40° uzaq sahəyə baxmaq tövsiyə olunur.

η-Aquariid meteor yağışının Bakıdan ən yaxşı müşahidə vaxtı mayın 5-dən 6-na keçən gecə saat 02:15-05:00 arası olacaq. Yağışın mənbəyi maksimumda Bakı üçün üfüqdən 29° hündürlükdə olacaq. İdeal şəraitdə gözlənilən meteor sayı saatda 40-a çatacaq. Bakıda isə bir saatda maksimum 19-20 meteor müşahidə edilə bilər.

η-Aquariid meteor yağışı 2025-ci ildə gözlənilən ən gözəl təbiət hadisələrindən biridir.

Şərhlər

Xəbər lenti

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.