Bütün xəbərlər
23 oktyabr, 13:30

2024-cü il oktyabrın 22-də Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının fəaliyyət planına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili – COP 29” çərçivəsində “Yaşıl nəqliyyat: qlobal çağırışlar” mövzusunda elmi seminar keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə  bildirilib ki, seminarda Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar Mustafayev Azərbaycan Respublikasının iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq səviyyədə fəal iştirakından, habelə ölkənin bu sahədəki siyasətinin əsas istiqamətlərindən bəhs edib. 

Elmi seminarda mexanika kafedrasının müdiri dosent Mahir İsmayılov çıxışında Azərbaycan 1991-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulduğunu və ölkənin Milli İqlim Planına əsasən, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 1990-cı il səviyyəsi ilə müqayisədə 35% azaltmağı və 2050-ci ilə qədər azad edilmiş ərazilərdə “sıfır emissiya zonaları” yaratmağı hədəflədiyini diqqətə çatdırıb.

Energetika kafedrasının müdiri dosent Ülkər Aşurova çıxışında iqlim dəyişikliyi siyasətinin hibrid avtomobillərin tətbiqi, köhnə nəqliyyat vasitələrinin utilizasiyası və alternativ enerji mənbələrinin inkişafı kimi tədbirləri də əhatə etdiyini qeyd edib.

Sonra kafedranın gənc müəllimlərinin məruzələri dinlənilib. Qaragöz Kərimov və Habil İsmayılzadə mövzu ətrafında çıxış ediblər. Qaragöz Kərimov “Azərbaycanın nəqliyyat sistemi və ekoloji təhlükəsizlik: qlobal çağırışlar”, Habil İsmayılzadə isə “Yol hərəkətinin təşkilinin yaşıl nəqliyyatda rolu” mövzusunda danışaraq yaşıl nəqliyyatın təşkili ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Tədbirdə tələbələrin və müəllimlərin sualları cavablandırıldı və maraqlı müzakirələr aparılıb.

1 /2

Xəbər lenti

5 fevral, 09:45

Bakı “Avrasiya Universitetləri Sammiti”nə ev sahibliyi edəcək

5 fevral, 09:32

Ölkəmizdə ilk dəfə “Biotəhlükəsizlik və biomühafizə” fənni tədris olunacaq

5 fevral, 09:28

ETN yanında İctimai Şuranın üzvləri Təhsilin İnkişafı Fondunda olublar

5 fevral, 09:25

“ADPU 2030” Strateji inkişaf planı qəbul olunub

5 fevral, 09:19

Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaqlar

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab yarada bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.