
“Yüksəliş”müsabiqəsi ölkəmizin inkişafına yönəlmiş strateji addımlardan biridir. İnanıram ki, istedadlı şəxsləri dəstəkləməklə biz daha güclü, daha dinamik və daha innovativ bir cəmiyyət quracağıq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib.
O bildirib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi ilə “Yüksəliş” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində nazirliyin əməkdaşları üçün “Üfüq” Karyera İnkişaf Proqramı həyata keçirilib: “Nazirlikdə inzibati vəzifə tutan 2771 nəfər qeydiyyatdan keçib və müsabiqə nəticəsində 30 qalib elan edilib, onların 13-ü xanımdır. Növbəti mərhələdə qalib olan əməkdaşların inkişaf proqramlarına, müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər