Bütün xəbərlər
9 aprel, 12:35

“Ölkə üçün əhəmiyyətli sayılan ideoloji işlərdə gənclər öndə olmalıdırlar. Siz gənclər, bu dəyər işlərinə yeni dəyər qatmalısınız”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən konfransda Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, gənclərlə birgə tariximizə varmaq bugünkü konfransın əsas məramıdır. Gənclər onlar üçün yaradılan imkanları düzgün dəyərləndirərək ölkənin ictimai-siyasi həyatında seçilməli, ideoloji prosesə öz töhfəsini verməlidirlər. 

Deputat qeyd edib ki, son 10 illərdə Sumqayıt sürətlə inkişaf edir, burada açılan yeni müəssisələr onun inkişafına təkan verir: “Azərbaycanın yeni tarixində Sumqayıt yeni bir fəsildir. Sumqayıt müstəqillik uğrunda mübarizənin ön sırasında oldu. Bu gün qürurla qeyd edə bilərik ki, Sumqayıt həm də həmrəylik şəhəridir”.

M.Vəliyeva əlavə edib ki, Azərbaycanın yeni inkişaf mərhələsində Qərbi  Azərbaycana qayıdış məsələsi aktuallaşıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağ məsələsi həll edildikdən sonra əsas məsələ Qərbi Azərbaycana qayıdışdır.

M.Vəliyeva üzünü gənclərə tutaraq Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu bir daha nəzərə çatdırıb. O əlavə edib ki, XX əsr Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların ən çox fəlakət yaşadığı dövrdür: “Deportasiya və soyqırım Ermənistanın dövlət siyasətinə çevrilib. XX əsrdə bütün bunlar SSRİ adlanan dövlətin gözü qarşısında baş verib. Nə üçün biz bunları yaşadıq? Əslində, inandıq və unutduq. Əziz gənclər, siz unutmayacaqsınız və unutdurmayacaqsınız. Ötən dövrdə müxtəlif tədbirlər həyata keçirilib, amma siz ideoloji işlərdə hər zaman öndə olmalısınız. Qərbi azərbaycanlılar beynəlxalq ədalətə uyğun, beynəlxalq normaların tələb etdiyi qaydalarla öz torpaqlarına qayıdacaqlar”.

Şərhlər

Xəbər lenti

17 aprel, 19:28

Şagirdlərinin 90 faizi repetitor yanına getmədən yüksək bal topladı

17 aprel, 19:05

ATU-da zərərli vərdişlər ilə bağlı maarifləndirici tədbir keçirilib

17 aprel, 18:10

Azərbaycan və Çin universitetləri ilkə imza atdı 

17 aprel, 17:49

Azərbaycan İƏT-in ali təhsil üzrə ekspert görüşündə təmsil olunub

17 aprel, 17:30

“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi

17 aprel, 17:24

Naxçıvanın 2 şagirdi buraxılış imtahanında 300 bal topladı

17 aprel, 17:13

“Balımı öyrənəndə bütün əziyyətlərim gözümün önündən keçdi” – Bakı məktəblisi

17 aprel, 16:59

“Sosial şəbəkələrə çox vaxt ayırmamaq lazımdır” -  Ən yüksək bal toplayan məktəbli

17 aprel, 16:52

300 bal toplayan şagird: Ən böyük arzum cərrah olmaqdır

17 aprel, 16:50

“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 aprel, 16:19

Məqsədim həkim kimi ölkəmə xidmət etməkdir  – Region birincisi

17 aprel, 16:00

Qərbi Azərbaycan məktəbləri: Bala Məzrə məktəbinin təhsil tarixi – ARAŞDIRMA

17 aprel, 15:46

Beş paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib

17 aprel, 15:45

“Uşaqların tələbi həyatın tələbidir” – QƏZETİN ARXİVİNDƏN

17 aprel, 15:40

ADA Universiteti “Sərhədsiz riyaziyyatçılar” üçün qeydiyyata başlayıb

17 aprel, 15:30

Azərbaycan Tibb Universiteti tədris planlarını yeniləyəcək

17 aprel, 15:25

Azərbaycanda tanınmış İT proqramları üzrə tədrisə başlanılıb

17 aprel, 14:33

Buraxılış imtahanı ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərəcək

17 aprel, 14:30

11 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

17 aprel, 14:28

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandıSİYAHI 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.