
"Gələcəkdə məktəb və bütün bağçalarda "SİMA Access" üztanıma sisteminin tətbiqi planlaşdırılır".
“Azərbaycan müəllimi” Oxu.Az-a istinadən xəbər verir ki, bunu "AzIntelecom" MMC-nin kommersiya direktoru Fərrux Fərəcullayev Bakı Fintex Forumundakı çıxışı zamanı deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən sözügedən həll bağça sisteminə inteqrasiya olunub:
"Təhlükəsizlik baxımından xüsusi önəm kəsb edən "SİMA Access" həllimiz yenidir. Bu həll Elm və Təhsil Nazirliyi tərəfindən bağça sisteminə inteqrasiya olunub və çox uğurla həyata keçirilir. Bir qisim bağçada bu həyata keçirilir, həllin bütün bağçalarda, habelə məktəblərdə tətbiqi planlaşdırılır".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər