
ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, İ.Hacıyev adına "Tərəqqi" Texniki-Humanitar Liseyinin direktoru professor Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib. O, "Tərəqqi" liseyində 2018-ci ildən direktor vəzifəsində çalışırdı.
Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin əvvəlki direktoru Faiq Şahbazlı təqaüd yaşına çatması ilə əlaqədar vəzifəsindən azad olunub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər