
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin müəllimlərinin bilik və bacarıqlarının artırılmasına yönəlmiş “bootcamp”lara start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlər Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında bağlanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilir.
06–10 oktyabr 2025-ci il tarixlərini əhatə edən proqram çərçivəsində iki istiqamət üzrə – “Avtomobil sənayesi” və “Xidmət (turizm)” sahələrində intensiv təlimlər təşkil olunur.
Avtomobil sənayesi istiqaməti üzrə təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Beş gün davam edəcək təlim proqramına müxtəlif peşə təhsil müəssisələrindən sahə üzrə müəllimlər cəlb edilmişdir. Təlimlər Türkiyənin Avtomobil Sənayesi İxracatçıları Birliyi Peşə və Texniki Anadolu Liseyinin nümayəndələri tərəfindən keçirilməklə iştirakçılara mühərrik sistemləri, müasir avtomobil texnologiyaları və s. kimi mövzularda bilik və bacarıqlar təqdim edilir.
“Xidmət (turizm)” istiqaməti üzrə təlim proqramı isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yerinə yetirilməkdədir. Təlim proqramı turizm sahəsində idarəetmə, xidmət standartları, beynəlxalq təcrübə və praktiki bacarıqların təkmilləşdirilməsini hədəfləyir.
Hər iki təhsil proqramın əsas məqsədi peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin beynəlxalq təcrübədən faydalanması, müasir texnologiya və xidmət sahəsindəki yeni yanaşmaları mənimsəməsi, həmçinin Türkiyə-Azərbaycan əməkdaşlığının davamlı inkişafına töhfə verməkdir.
1 /11
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər