Bütün xəbərlər
9 oktyabr, 16:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Konstitusiya və Suverenlik ili” və Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən tədbir təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Vətən müharibəsi iştirakçıları Mehman İbrahimov, Rövşən Abduləzizov, Fərid Cabbarov, Məlik Xəlilov, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, eləcə də  Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Bildirilib ki, görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş vətən övladlarının şərəfli yolunu gənc nəslə tanıtmaq, məktəblilərdə vətənpərvərlik, dövlətə, torpağa, vətənə bağlılıq hissini möhkəmləndirmək və həmrəylik dəyərlərini aşılamaqdır.

Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.

Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlar da verilib, qəhrəman Vətən övladlarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobil təminatı, reabilitasiya xidmətləri ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Sonda məktəblilərin sualları cavablandırılıb və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim edilib.

1 /6

Şərhlər

Xəbər lenti

9 oktyabr, 19:52

Peşə təhsili müəssisələrində “bootcamp”lara start verilib

9 oktyabr, 19:47

Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib

9 oktyabr, 19:41

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib

9 oktyabr, 17:56

Peşə mərkəzinin tələbəsi beynəlxalq yarışda uğur qazanıb

9 oktyabr, 17:54

ADNSU-nun rektoru təqaüdə çıxan müəllimlərlə görüşüb

9 oktyabr, 17:28

Valideynlərin diqqətinə: Qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb

9 oktyabr, 17:02

Kolleclərə qeydiyyat prosesi uzadılıb

9 oktyabr, 16:50

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq – YENİLİK

9 oktyabr, 16:22

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

9 oktyabr, 15:48

Gənc mühəndislərin ixtirası: Görməyənlər üçün “görən” eynək

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.