Bütün xəbərlər
7 aprel, 17:14

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbul qaydasını açıqlayıb.

Agentlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sistem Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün birinci sinfə qəbulla bağlı avtomatik sorğu yerləşdirəcək. Bu zaman uşağın həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçiləcək.

Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə mayın 6-dan şəxsi kabinetinə daxil olmalı, müsahibə mərkəzini seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidirlər. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək. Bütün bunlardan sonra valideyn şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir.

Bəs övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?

Agentlikdən deyilib ki, bu halda valideyn şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümumi təhsil müəssisəsini seçə bilər.
Qeyd edək ki, 1 may saat 11:00-dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Şərhlər

Xəbər lenti

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:49

AzTU-da “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” adlı seminar keçirilib

17 iyul, 09:39

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

17 iyul, 09:34

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.