Bütün xəbərlər
18 aprel, 14:44

Ötən gün 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 20 nəfərdən 6-sı paytaxt məktəblisidir. Onlardan 1-i Akademik Z.Əliyeva adına liseyin şagirdi, 5-i isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan məktəblərin şagirdləridir. Onlar öz təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər.

“Nəticəni öyrəndiyim an sevinc, həyəcan və bir az da çaşqınlıq yaşadım”

Bakı şəhər 313 saylı orta məktəbin şagirdi Fərid Mehdiyev imtahan nəticələrini əvvəlcədən təxmin etsə də, maksimum bal toplayacağını gözləmirdi: “Bəzi açıq suallar mənə tam aydın deyildi. Ona görə də 300 bal toplayacağımı düşünmürdüm. Amma nəticəni öyrəndiyim an sevinc, həyəcan və bir az da çaşqınlıq yaşadım. Bu, mənim üçün unudulmaz bir xatirəyə çevrildi”.

Onu oxumağa ən çox motivasiya edən şey gələcəkdəki hədəfləri və xəyallarıdır: “Hər zaman düşünürəm ki, zəhmət heç vaxt yerdə qalmır. Kim çalışırsa, gec-tez mükafatını alır. Mən də məqsədlərimə doğru inamla və əzmlə irəliləmişəm”.

Fəridin böyük arzusu gələcəkdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssis olmaqdır: “Kompüterlərə olan marağım lap kiçik yaşlarımdan başlayıb. Müxtəlif proqramlaşdırma dilləri öyrənmişəm. Kibertəhlükəsizlik sahəsinə olan marağımı da o vaxtlar kəşf etdim. Hobbilərimin əksəriyyəti də məhz texnologiya ilə bağlıdır”.

Fərid təkcə dərsləri ilə deyil, əlavə bilik yarışlarında da uğurlar qazanıb. O, informatika fənni üzrə iki dəfə Respublika Fənn Olimpiadasında iştirak edib və son cəhdində finala qədər irəliləyib. Final mərhələsi isə bir həftə sonra keçiriləcək.

“Mesajı oxuyanda gözlərim doldu – 300 bal! Mən ölkə birincisi olmuşdum”

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin istedadlı və çalışqan şagirdi Nuray Sadıqzadə buraxılış imtahanında 300 bal toplayaraq ölkə birincisi olub: “Yüksək nəticə gözləyirdim, amma 300 bal mənim üçün də bir sürpriz oldu”, – deyə Nuray həmin günü həyəcanla xatırlayır:

“Dərsdə idim. Birdən dostlarım xəbər verdi ki, cavablar çıxıb. Telefonum səssizdə olduğundan gələn mesajı görməmişdim. Sonra əllərim titrəyə-titrəyə telefonu götürdüm. O mesajı oxuyanda gözlərim doldu – 300 bal və mən ölkə birincisi idim”.

Onun uğuru təkcə özünün deyil, müəllimlərinin, ailəsinin və bütün ətrafının sevincinə çevrildi. Nurayın uğur yolunun ən böyük dəstəkçiləri ailəsi və müəllimləri olub. Onlar hər zaman onun potensialına inanıb, yanında olublar. Uşaqlıqdan bəri ürəyində həkim olmaq arzusunu daşıyıb. O arzu zamanla məqsədə çevrilib: “Hər zaman qarşıma bir hədəf qoymuşam. Mən oxumağı, öyrənməyi sevirəm. Həkimlik isə mənim üçün sadəcə bir peşə yox, həm də bir missiyadır. İstəyirəm ki, Türkiyənin ən qabaqcıl universitetlərindən birində təhsil alım və sonra ölkəmə qayıdıb xalqıma xidmət edim. Bu mənim uşaqlıqdan bəri hədəfimdir”.

Onun həyatı təkcə dərslərlə deyil, yaradıcılıqla da zəngindir. Rəsm çəkməyi sevir. Daxili aləmi qədər zəngin və rəngarəng ruh daşıyır. Nuray eyni zamanda bir çox beynəlxalq olimpiadalarda iştirak edərək medallar qazanıb. SAT imtahanından 1500 bal, TrYÖS-dən 494.17 bal toplayaraq dünya üzrə 3-cü yerin sahibi olub. TOEFL-dan 99, IELTS-dən 7.5, TYS imtahanından isə C1 səviyyəsində sertifikat alıb. 9-cu sinfi isə fərqlənmə attestatı ilə bitirib.

“Valideynlərimin və müəllimlərimin dəstəyi mənim üçün güc, inam və iradə mənbəyi olub”

Digər məktəblimiz 204 nömrəli tam orta məktəbin şagirdi Müzəffər Qoşqarovdur. O deyir ki, yüksək nəticə gözləyirdi, amma maksimum nəticə əldə etmək onun üçün həm sevincin, həm də qürurun zirvəsi oldu: “Valideynlərimin və müəllimlərimin mənə olan inamını, diqqətini və sevgisini hər zaman yanımda hiss etmişəm. Onların dəstəyi mənim üçün güc, inam və iradə mənbəyi olub”.

Müzəffər gələcəyini elm və texnologiyanın kəsişdiyi bir sahədə görür. O, I ixtisas qrupu üzrə hazırlaşır və Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisasını seçməyi düşünür. 

Onun həyatının bir parçası da idmandır. Karate ilə məşğul olmaq Müzəffərə yalnız fiziki güc deyil, həm də səbir, disiplin və özünəinam qazandırıb. Yarışlarda qazandığı uğurlar onun bu sahədə də necə məqsədyönlü olduğunu göstərir: “Təbii ki, uğur yolum təkcə imtahan zalından keçməyib. Müxtəlif olimpiada və bilik yarışlarında da iştirak etmişəm, bir çox fəxri fərmanlara layiq görülmüşəm”.

Şərhlər

Xəbər lenti

19 aprel, 12:21

"Tərbiyəçi müəllimlərlə təcrübə mübadiləsi” adlı təlim keçirilib

19 aprel, 12:19

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

19 aprel, 11:35

Balaca astronavtlar robototexnika yarışına dəvət edilir

19 aprel, 11:27

SABAH tələbəsinin “Bir fırçanın yolu” adlı sərgisi açılıb

19 aprel, 11:18

TTKF ilə ATİAHİ arasında əməkdaşlıq genişləndirilir

19 aprel, 11:10

Yel Universitetinin tələbəsi: Gerçək dünyada dizayn hər zaman əhəmiyyətlidir

19 aprel, 10:59

“Konstitusionalizm və gənclər: hüquqi maarifləndirmənin rolu” mövzusunda görüş keçirilib

19 aprel, 10:56

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

19 aprel, 10:51

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

19 aprel, 10:43

Hərbi xidmətdə də təhsil almaq mümkün olacaq

19 aprel, 09:15

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib

18 aprel, 18:30

Zərif yumruqların gücü: Boksçu qızların böyük uğuru

18 aprel, 18:17

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar

18 aprel, 18:15

Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

18 aprel, 18:05

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

18 aprel, 17:25

“Bu uğur mənim üçün yeni başlanğıcdır” - 300 bal toplayan Ağsu məktəblisi

18 aprel, 17:05

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub

18 aprel, 16:05

E.Aslanov: Ötən il məzunlarımızın məşğulluq səviyyəsi 73% təşkil edib 

18 aprel, 15:28

BŞTİ-də yeni kadr təyinatları olub

18 aprel, 15:15

“Clarivate”in Azərbaycan dilində vebinarları davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.