Bütün xəbərlər
22 iyul, 09:51

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən icra olunan “Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə yenidən start verilir.

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, layihənin məqsədi təhsil sistemində müasir metodiki yanaşmaların tətbiqini genişləndirmək, pedaqoji kadrların peşəkar inkişafını dəstəkləmək və nəticə etibarilə təhsilin keyfiyyətinə töhfə verməkdir.

Seçim prosesi mərhələli şəkildə həyata keçirilir. İkincə dəfə elan olunan müsabiqəyə fizika, kimya, informatika, coğrafiya və biologiya fənləri olmaqla 588 nəfər namizəd müraciət edib. İlkin dəyərləndirmədən keçərək tələblərə uyğun hesab edilən namizədlər 22 iyul 2025-ci il tarixdən müsahibəyə dəvət olunacaqlar. Müsahibələrin əsas məqsədi namizədlərin peşəkar kompetensiyalarını əhatəli şəkildə qiymətləndirməkdir.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlar üzrə dəyərləndiriləcək:

  • Özünü təqdimetmə bacarığı;
  • Proqram üzrə dərs icmalının təqdimatı;
  • Təhsilalanların qiymətləndirilməsi ilə bağlı yanaşmalar;
  • Pedaqoji prosesin təşkili üzrə bilik və bacarıqlar;
  • Ünsiyyət və əməkdaşlıq bacarıqları.

Qeyd edək ki, ikinci meyar çərçivəsində namizədlər ixtisaslarına uyğun bir dərs planı hazırlamalı və onun planlaşdırılmasına dair əsaslandırılmış izah təqdim etməlidirlər.

Bundan əlavə, namizədlərin liderlik qabiliyyətləri və problem həllinə yanaşmaları fərqli situasiya nümunələri və praktiki tapşırıqlar əsasında qiymətləndiriləcək.

Nəzərinizə çatdıraq ki, müsahibə mərhələsindən uğur qazanan namizədlər 28 iyuldan təlimlərə cəlb olunacaqlar.

Şərhlər

Xəbər lenti

22 iyul, 16:36

Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılacaq - SƏRƏNCAM

22 iyul, 16:10

Məktəbəhazırlıq qruplarına sərbəst seçim başladı

22 iyul, 15:58

ADPU-nun Ağcabədi filialı müəllim vakansiyaları elan edir

22 iyul, 15:20

Yardımlının nümunəvi məktəbi: Şəfəqlinin təhsil uğurları

22 iyul, 14:14

Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib

22 iyul, 13:55

Şahin Bayramov: Milli mətbuatımız azad düşüncənin formalaşmasının əsas daşıyıcılarından olub

22 iyul, 13:51

Yeni dövrün çağırışı: Daha peşəkar, dürüst, vətənpərvər media

22 iyul, 13:45

Müəllim təkcə dərsi ilə deyil, şəxsiyyəti ilə də örnək olmalıdır” – Kənd müəllimi

22 iyul, 12:41

Sabahın hava proqnozu açıqlanıb

22 iyul, 12:09

Peşə məktəblərinə sənəd qəbulu başlayıb

22 iyul, 10:37

Rezidenturanın II mərhələsində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

22 iyul, 10:13

Cəmiyyətə yol göstərənlər: Təhsildən yazmaq gələcəyi yazmaqdır

22 iyul, 10:05

Şaban Cəərçiyev: Bəzi məzunlarımıza elə imtahandaca iş təklif edirlər - MÜSAHİBƏ

22 iyul, 09:51

SABAH qruplarına qeydiyyat başladı -  Qəbul yeni qaydalarla aparılacaq

22 iyul, 09:47

Komandamız Avropa Universitetləri Futzal Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb

22 iyul, 09:17

AzTU-da “Kadr indeksi” pilot layihəsinin nəticələrinə dair görüş keçirilib

22 iyul, 08:45

“Əkinçi” işığından nur alan pedaqoji mətbuatımız

21 iyul, 20:04

Müəllimlərin işə qəbulu imtahanının nəticələri açıqlandı

21 iyul, 18:50

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.