Bütün xəbərlər
17 fevral, 16:03

Əziz müəllimlər!

Sizi "Azərbaycan müəllimi" qəzetinin səfirləri olmağa dəvət edirik!

Məqsədimiz müəllimlik peşəsinin nüfuzunu daha da artırmaq və təhsil sahəsindəki ən son yenilikləri, elmi kəşfləri və innovativ yanaşmaları geniş müəllim auditoriyasına çatdırmaqdır.

Tələb və meyarlar:
- Dövlət ümumtəhsil məktəblərində hazırda pedaqoji işçi kimi çalışmaq;
- "Azərbaycan müəllimi" qəzetinin və saytının fəaliyyətinə, onu tanıtma təşəbbüsünə könüllü qoşulmaq;
- Təhsil siyasəti, müasir pedaqoji yanaşma və innovativ tədris metodları barədə məlumatlı olmaq;
- Təhsil sahəsindəki yenilikləri izləmək və tətbiq etməkdə maraqlı olmaq;
- Azərbaycan dili üzrə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq;
- Müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, maarifləndirici təşəbbüslərdə iştirak etmək;
- Məsuliyyətli olmaq, komandada işləmə, liderlik, təhlil etmə və ünsiyyət bacarıqlarına sahib olmaq;
- Sosial mediadan aktiv və məqsədyönlü şəkildə istifadə etmək.

Bu təşəbbüs ümumi təhsil müəssisələrində çalışan, müəllimlik peşəsinə dəyər qatmaq istəyən və təhsilin inkişafına töhfə verməyə həvəsli olan pedaqoqlar üçün nəzərdə tutulub. Səfirlər müəllimlik peşəsinin nüfuzunun artırılmasında, təhsil yenilikləri və innovativ yanaşmaların geniş auditoriyaya çatdırılmasında aktiv iştirak edəcəklər.

Müraciət üçün son tarix: 1 aprel 2025-ci il

Qeydiyyatdan keçmək üçün bu forumu doldurmağınız xahiş olunur.

Qeyd edək ki, yalnız uyğun namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət olunacaqlar.

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.