
Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kollecinin tələbələri ilə maarifləndirici tədbir keçirilib.
Universitetin "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbir NDU və Naxçıvan Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə “Narkomaniya ağ ölümdür! Özümüzü və yaxınlarımızı ağ ölümdən xilas edək!” mövzusunda olub.
Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Afin Məmmədov çıxış edərək narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə vurduğu zərərlərdən, eləcə də sosial-iqtisadi inkişafa mənfi təsirindən bəhs edib. O, narkotiklərin insanların sağlamlığına və həyatına yaratdığı təhlükə, həmçinin cinayətkarlığın artmasında oynadığı rol barədə ətraflı məlumat verib.
Naxçıvan Baş Gömrük İdarəsinin Metodoloji şöbəsinin rəisi İsa Əliyev, Əməliyyat və İstintaq İdarəsinin Təhqiqat şöbəsinin rəisi Heydər Səmədli, NDU nəzdində fəaliyyət göstərən Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova və Naxçıvan Texniki Kollecinin direktoru Asəf Ruşanov da çıxış edərək narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülən işlər, mövcud normativ-hüquqi baza və onun təkmilləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumat veriblər.
Tədbir çərçivəsində mövzuya dair təqdimatlar nümayiş edilib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər