Bütün xəbərlər
2 may, 16:30

Paytaxtda keçirilən Beynəlxalq Xalça Festivalının ab-havasını məktəblilər də yaşayıblar. Suraxanıda yerləşən 87 nömrəli məktəbin müəllim və şagird heyəti İçərişəhərdəki “Ədibin Evi”ndə təşkil edilən “Azərbaycan rəngləri” seminarında iştirak ediblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Balakhani Operating Company LTD”nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilərlə “Ədibin Evi”ndə azərbaycançılıq ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşləri nəzərdə tutur.

Şagirdlər görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın Bakıda ilk ünvanı olan “Ədibin Evi”ndə muzey guşəsi ilə tanış olublar. Onlar bu ünvanda yazılan “Bir gəncin manifesti” romanında xalçanın milli kimlik atributu kimi təsvirini müzakirə ediblər.

Daha sonra onlar “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında Azərbaycan xalçaçılıq sənətində istifadə edilən bir sıra naxışlar və onların mənası barədə öyrəniblər.

Məktəblilər kətan üzərində naxışı bəzəməklə öz kimlik rənglərini seçib xalça irsimizlə bağlı yaradıcı çalışmada iştirak ediblər.

1 /4

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.