Bütün xəbərlər
16 may, 16:57

“Bizim auditoriyada bu fikirləri ilk dəfə eşitmirdilər. Bəlkə elə auditoriyalar olacaq ki, orada narkotacirin etdiyi təklifə nə cavab verəcəyini bilməyən hansısa yeniyetmə və gəncə yol göstərəcək, narkotikə “yox” deməyi öyrədəcək”.

“Bildiklərimi xatırladım, məlumatlarım möhkəmləndi”

Bu, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əsasən I kurs tələbələri üçün narkomaniyaya qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə tədbirində iştirak edən gənclərin fikridir. Zəhra Məmmədli onlardan biridir. O, “İnteryer dizayn” ixtisası üzrə I kursda oxuyur. Dediyinə görə, narkotiklər əleyhinə tədbirlərə çox qatılıb: “Hətta oxuduğum Tərtər rayonundakı Umudlu kənd tam orta məktəbində 3 aydan bir bu tipli tədbirlər keçirilib. Hamısında da həvəslə iştirak etmişəm. Bu tədbirdə bəlkə öyrəndiyim yeni nəsə olmadı, amma faydalı olduğunu düşünürəm. Çünki mənim kimi məlumatlı olanlar az ola bilər, ya da bildiklərini unutmuş ola bilərlər. Narkotiklər mövzusunda keçirilən bu təlimdə bildiklərimi xatırladım, məlumatlarım möhkəmləndi. Amma məlumatlı olmadığım hüquqi mövzular o qədər çoxdur ki! Məncə, hüquqi maarifləndirmə həm maraqlı, həm də faydalıdır. Xüsusən də biz gənclər üçün”.

Nihad Baloğlanov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Veb-dizayner və proram təminatçısı” ixtisası üzrə I kurs təlbəsidir: “Narkomaniya əleyhinə tədbirlərdə çox iştirak etmişəm. Bu tədbirdə narkomaniyadan qaçmağın yollarını dedilər və bu, mənim üçün yeni idi. Maraqlı tədbir oldu”.

“Hüquqi maarifləndirici tədbirlər çox maraqlıdır”

Nərminə Mustafazadə 4 illik YTP qrupunda “Veb-dizayner və proqram təminatçısı” ixtisası üzrə I kurs tələbəsidir: “Əslində, hüquqi maarifləndirici tədbir kimi maraqlı idi. Amma narkomaniya artıq həyatımıza elə daxil olub ki, onun əleyhinə hər addımbaşı nəsə oxuyur, ya da eşidirik. Bu baxımdan demək olar ki, yenilik olmadı. Mənim üçün hüquqi maarifləndirici tədbirlər çox maraqlıdır, bizə lazım olanları öyrənməyin ən yaxşı yolu məhz bu cür tədbirlər, təlimlərdir”.

Fuad İsmayılov “İnteryer dizayner” ixtisası üzrə yetişir. O, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin I kurs tələbəsidir: “Narkotiklərə qarşı mübarizənin yollarını xatırlatdılar. İlk dəfədən insanda aludəçilik yarada biləcək bu problemdən qaçmağın yollarını bilmək maraqlıdır. Artıq narkotikdən bir dəfə də olsun istifadə etməməli olduğumu bilirəm”.

Şagirdlərin ayrı-ayrı mövzularda hüquqi bilikləri artırılır

Qeyd edək ki, “Femida”Könüllülər Təşkilatı İctimai Birliyi orta ümumtəhsil və peşə təhsili müəssisələrində hüquqi cəhətdən maarifləndirmə işi aparır. Belə ki, Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Məktəblinin hüquq bələdçisi” layihəsi şagirdlərin ayrı-ayrı mövzularda hüquqi biliklərin artırılmasına xidmət edir, cinayət və cinayətkarlardan uzaq durmağın yollarını öyrədir. 

İndiyədək Bakı və Abşeron  yarımadası üzrə müxtəlif peşə təhsili müəssisələrində maarifləndirici tədbirlər keçirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan növbəti belə tədbir narkomaniyaya qarşı mübarizə tədbirlərini əhatə edib. 

N.Məmmədlinin sözlərinə görə, hüquqi maarifləndirmə tədbirləri indiyədək 6 peşə təhsili müəssisəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə və Lənkəran Regional Təhsil İdarələrinin tabeliyində olan 30-dan çox məktəbdə ilin sonunadək tədbirlərimiz həyata keçiriləcək”. 

Təşkilatın sədri onu da bildirib ki, marifləndirici tədbirlərdə şagirdlərə kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması, mülkiyyət əleyhinə cinayətlər və hüquqi məsuliyyətlərlə bağlı məlumat verilir: “Mülkiyyət əleyhinə cinayətlər, xüsusən bu yaşda olan uşaqlar üçün önəmlidir. Çünki uşaqlar məhz bu yaşlarda mülkiyyət əleyhinə olan cinayətlərdə risk qrupu sayılırlar. Bəzən gənclər fərqlənmək üçün bu tip cinayətlərə əl atırlar ki, yaşından  böyük, başqalarından güclü görünsünlər. Bunu nəzərə alaraq, yeniyetmə və gəncləri psixoloji sosial amillər, həmçinin hüquqi məsələlər haqqında məlumatlandırırıq”.

İndiyədək 6-dan çox peşə təhsili müəssisəsində reallaşdırılan bu cür tədbirlər yeniyetmələrin marağına səbəb olub.

Şərhlər

Xəbər lenti

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.