Bütün xəbərlər
13 may, 10:11

Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və baş müəllim Zülfiyyə Tağıyevanın təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda “dəyirmi masa” keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə 323b qrupunun tələbələri, kafedranın müdiri dosent S. Zamanova, kafedranın müəllimləri, eləcə də İngilis-alman və İngilis-fransız dilləri fakültələrinin III kurs tələbələri iştirak ediblər.

Tələbələrdən Aytac Zeynallı, Rahidə Zəkiyeva, Aysu Şahkərimova, Nərmin Əkbərova, Lalə Rzayeva, Nigar Abbasova, Çimnaz Mirzəliyeva, Nəzrin Əhmədli və Səkinə Rəhimova çıxış edərək narkotik vasitələrin gənclərə, hamilə qadınlara, ailəyə, immun sisteminə, daxili orqanlara, uşaqlara və ümumiyyətlə cəmiyyətə vurduğu psixoloji və fizioloji zərərlər, iqtisadiyyata mənfi təsiri və ailə daxilində yaratdığı münaqişələr barədə geniş təqdimatlar ediblər.

Sonda kafedra müdiri dosent S.Zamanova respublikamızda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət statistikası, narkotik vasitəçilərin sayı və bu sahədə ölkə rəhbərliyinin apardığı əməliyyat tədbirləri haqqında məlumat verib.

Bu cür maarifləndirici tədbirlər ADU-da gənclər arasında sağlam həyat tərzinin təbliği və narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

1 /2

Şərhlər

Xəbər lenti

13 may, 15:00
13 may, 14:37

“Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri  mükafatlandırılıb

13 may, 14:00

Uşaq və yeniyetmələr evdən niyə qaçırlar? – ARAŞDIRMA

13 may, 13:30

BANM və Vilnüs Texniki Universitetinin əməkdaşlıq imkanları müzakirə edilib

13 may, 13:11

Sabahın hava proqnozu açıqlanıb

13 may, 12:47

"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib

13 may, 12:40

Sertifikatlaşdırma imtahanının vaxtı açıqlandı

13 may, 12:15

Əli Əhmədov: Azərbaycanda istedadlı, müasir düşüncəli gənclər formalaşıb

13 may, 11:59

Nazir: Bütün şagirdlərin milli kimliyə görə “əla” qiymət almasını hədəf kimi müəyyən etməliyik

13 may, 11:48

Xankəndidə daha bir məktəb açılacaq 

13 may, 11:47

Doktoranturaya sənəd qəbulu başlayıb

13 may, 11:30

Məktəblilərimiz Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar 

13 may, 11:25

Qızıl hədəflərinə çatanlar: Şəki–Zaqatala məktəbliləri zirvədə

13 may, 11:19

Paytaxt məktəbliləri II Beynəlxalq Turan Film Festivalında mükafat qazanıblar

13 may, 11:11

BANM-də 2025-ci il üzrə strateji hədəflərin icrası ilə bağlı görüş keçirib

13 may, 10:40

ADNSU-da karyera quruculuğu mövzusunda seminar keçirilib

13 may, 10:18

AMEA-nın həyətində obyekt tikilir? – AÇIQLAMA

13 may, 09:58

BMU tələbələri “AIRO 2025”də I yeri qazanıblar

13 may, 09:52

Qarabağ Universiteti abituriyentlər üçün təbliğat görüşlərinə start verib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.