Bütün xəbərlər
15 may, 16:15

Azərbaycanda aprelin 16-dan PISA 2025 (Programme for International Student Assessment) Beynəlxalq Qiymətləndirmə Tədqiqatının əsas mərhələsi həyata keçirilir. Bu tədqiqatda 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahələrində bilik və bacarıqları qiymətləndirilir. Azərbaycan da daxil olmaqla, 91 ölkə arasında keçirilən tədqiqata bu il ilk dəfə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri də qoşulub.

“Azərbaycan müəllimi” olaraq qiymətləndirmə prosesi ilə maraqlanmaq, şagirdlərin fikirlərini öyrənmək üçün Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbə yollanırıq. Qiymətləndirmə  müəllimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu üçün yaradılan İmtahan Mərkəzində keçirilir. Biz ora çatanda imtahan hələ davam edirdi. Sakitcə prosesi izləyirik, şagirdlər fərdi qaydada kompüter qarşısında əyləşərək biliklərini yoxlayırdılar. Təbii ki, onların fikirlərini öyrənmək üçün imtahanın bitməsini gözləyirik. 

Tədqiqata 12 məktəb cəlb edilib

Bu arada bizə beynəlxalq qiymətləndirmə ilə bağlı ətraflı məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov verir.

Onun sözlərinə görə, tədqiqatda 12 ümumtəhsil müəssisəsinin 328 şagirdinin iştirakı nəzərdə tutulub: “Mayın 13-də keçirilən birinci mərhələdə 5 məktəbin 69 şagirdi, mayın 14-də isə 4 məktəbin 111 nəfər iştirak edir. Növbəti qiymətləndirmə 16 mayda keçiriləcək, burada da 3 məktəbdən 120 şagirdin iştirakı nəzərdə tutulub. Qiymətləndirməyə kənd, rayon mərkəzlərinin, Naxçıvan şəhərinin məktəblərinin, lisey və gimnaziyaların şagirdləri cəlb olunub”.

Məktəbləri Təhsil İnstitutu, şagirdləri elektron sistem seçib

Sektor müdiri əlavə edib ki, məktəblər Təhsil İnstitutu tərəfindən seçilib. Qiymətləndirmə əsasən 9 və 10-cu sinifləri əhatə edir: “Həmin siniflərdən isə bütün şagirdlər sistem vasitəsilə təsadüfi seçilib, yəni seçim fəallığa görə deyil. Birinci mərhələdə şagirdlərə istifadəçi adı və şifrə təqdim olunub. Bu mərhələ 60-65 dəqiqəni əhatə edir, 5 dəqiqə fasilə verilir. Nahar zamanı 15 dəqiqəlik fasilə olur, bu müddətdə şagirdlərə yemək, su, meyvə suyu və şirniyyatlar verilir”.

Məmməd müəllim bildirib ki, beynəlxalq PISA qiymətləndirməsi hər 3 ildən bir keçirilir və şagirdlərin yalnız akademik biliklərini deyil, real həyatda qarşılaşa biləcəkləri problemləri həll etmə bacarıqlarını da ölçür. Bu tədqiqat İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilir: “Bu il “rəqəmsal dünyada öyrənmə” sahəsi qiymətləndirməyə ilk dəfə daxil edilib. Bu sahə şagirdlərin rəqəmsal alətlərdən istifadə etməklə məlumat toplamaq, təhlil etmək, problem həll etmək və öyrənməni müstəqil şəkildə idarə etmək bacarıqlarını ölçür. Məqsəd 15 yaşlı şagirdlərin məlumatla işləmə və düşünərək düzgün qərar vermək qabiliyyətlərini, məktəbdə əldə etdikləri bilik və bacarıqları real həyat problemlərinin həllində necə tətbiq edə bildiklərini qiymətləndirməkdir. Burada müxtəlif cavab variantları var və hər biri fərqli yanaşma tələb edir”.

Nəzarətçi fikri: Şagirdlər böyük həvəslə iştirak edirlər 

İmtahan Mərkəzində, əlbəttə, nəzarətçilər də var. Onlardan biri – Naxçıvan şəhəri 1 nömrəli orta məktəbin müəllimi Ceyran Məmmədova ilə həmsöhbət oluruq. Müəllim deyir ki, PISA qiymətləndirilməsində tərif, teorem və yaxud düsturlar yoxdur, burada qiymətləndirmə sırf məntiqi ardıcıllıqla həyata keçirilir: “Şagirdlərin həyati yaradıcılığı, problem həlletmə bacarıqları yoxlanılır, onları həyata hazırlayır. Bu qiymətləndirməyə qədər bir sıra işlər aparılıb. Təhsil Nazirliyi tərəfindən şagirdlərin motivasiyası üçün onlarla görüşlər keçirilib, bu barədə məlumat verilib. Eyni zamanda, şagirdlərimiz Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsində iştirak etməklə PISA-ya hazırlanmış olublar. Çünki orada da tapşırıqlar məntiqi olaraq yerinə yetirilir”.

Ceyran Məmmədova bildirir ki, şagirdlər burada böyük həvəslə iştirak edirlər. Onların  aralarında çox məntiqli uşaqlar da var.

“Dərk etdim ki, burada Azərbaycanı təmsil edirəm”

Belə şagirdlərdən biri qiymətləndirmədə iştirak edən Culfa şəhəri 3 nömrəli məktəbin 10-cu sinif şagirdi Duyğu Məmmədəliyevadır. İmtahandan sonra onunla söhbətləşirik: “Bizim seçildiyimizi məktəbdən dedilər. Dərk etdim ki, burada Azərbaycanı təmsil edirəm. Suallar çox asan idi, onları məntiqlə tapırdım. Burada bəzi xəstəliklər, insan anatomiyası haqqında bilmədiyim dərsdənkənar məlumatları öyrənmiş oldum. Hansı sahədə boşluğum olduğunu da bildim”.

“Suallar məntiqi təfəkkürlə bağlı idi”

Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nihat Əliyev isə məntiqlə bağlı əvvəl çox anlayışının olmadığını deyir: “Məntiqi burada sevdim. Çünki suallar şagirdin öncədən bildiyi biliklərlə yox, necə düşündüyü, cəmiyyətdə necə davrandığı, məntiqi təfəkkürlə bağlı idi. Ümumilikdə əvvəlcədən öyrəndiyimiz biliklər tələb olunmurdu, cavablar tamamilə suallardan nəticə çıxarma yolu ilə tapılırdı. Çox istərdim ki, bu cür suallar ali məktəbə qəbul imtahanlarında da olsun”.

Nihat imtahanın yaxşı keçdiyini və burada olmaqdan zövq aldığını bildirir.

“Biologiyaya marağım yox idi, amma burada bu fənlə bağlı maraqlı məlumatlar öyrəndim”

Xədicə Qasımova da Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Həvəslə qiymətləndirmədə iştirak edən şagird burada bilmədiyi bir çox yeni məlumatları öyrəndiyini deyir: “Burada dünyagörüş, təfəkkür, məntiq kimi suallar təqdim olunur. Keçdiyimiz dərslərdən  suallar təqdim olunmayıb. Biologiya fənninə çox marağım yox idi, amma burada bu fənlə bağlı maraqlı məlumatlar öyrəndim. Suallar məndə biologiyaya qarşı daha çox maraq oyatdı”.

Xədicə özünə kağız üzərində imtahan verməyin daha rahat olduğunu desə də, müasir texnologiyaları bilməyin və onlarla işləməyin daha vacib olduğunu da anlayır.

Sevindirici haldır ki, bu kimi şagirdlərimiz artıq yeni dövrün tələblərini yaxşı bilir, onunla ayaqlaşmağa çalışırlar. 

Ümidvarıq və əminik ki, bu il də beynəlxalq qiymətləndirmədə ölkəmiz xüsusi ilə seçiləcək.

1 /7

Şərhlər

Xəbər lenti

16 iyun, 12:37

ADNSU-nun nümayəndə heyəti bp-nin terminalında olub

16 iyun, 12:12

Uşaq Gənclər Basketbol Liqasında mükafatçılar müəyyənləşib

16 iyun, 11:01

Şəfqətli müəllim davranışlarının şagird performansına təsiri

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.