Bütün xəbərlər
24 aprel, 14:25

Aprelin 24-də “Autizm - tədqiqatdan təcrübəyə” adlı beynəlxalq autizm konfransının rəsmi açılış mərasimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi beynəlxalq mütəxəssislərin təqdimatında autizm haqqında müasir elmi araşdırmaları, həmçinin autizmə effektiv müdaxilə metodları, autizmli şəxslərin inklüziv təhsilə cəlb edilməsi və onlar üçün dayanıqlı məşğulluq imkanları haqqında yenilikləri əlaqədar sahələrdə çalışan yerli mütəxəssislərin diqqətinə çatdırmaq, həmçinin autizm haqqında maarifləndirmə aparmaqdır.

Açılış nitqi ilə qonaqları salamlayan “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova konfransın əhəmiyyətini vurğulayaraq bu tədbirin artıq dördüncü dəfə keçirildiyini diqqətə çatdırıb və tədbirin təşkilində dəstək göstərən hər kəsə təşəkkür edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, övladlarına autizm diaqnozu qoyulmuş ailələrin sosial qayğılarının azaldılması, valideynlərin lazımi səriştələr qazanması məqsədilə dövlət qurumları tərəfindən bir sıra tədbirlər həyata keçirilir və bu tədbirlərin ölkə miqyasında yayılması üçün xüsusi səylər göstərilir. 

Açılış tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov autizmli uşaqların məktəbəqədər və məktəb yaşında ümumi təhsil sisteminə cəlb edilməsinin onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırıb. Nazir müavini əlavə edib ki, təhsil sisteminin vəzifəsi autistik spektr pozuntusu olan uşaqlar daxil olmaqla atipik inkişaf edən uşaqların imkanlarını və məhdudiyyətlərini nəzərə alaraq onların təlim və tərbiyəsini təşkil etməkdir.

Autizmli uşaqların inklüziv təhsilə cəlb edilməsi, həmçinin təhsilverənlərin bu sahədə peşəkar inkişafı üçün Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edən nazir müavini bildirib ki, 2020-ci ildən başlayaraq nazirliyin Fəaliyyət Planına əsasən, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələrinin şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri ilə bərabər regionlarda da genişləndirilərək sayı 69-a çatdırılıb. İnklüziv təhsil sahəsində bilik və bacarıqların artırılması məqsədilə müəllimlər üçün tədris proqramları, valideynlər üçün isə öyrədici metodiki vəsaitlər hazırlanıb. Ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, o cümlədən şagird və valideynlərlə maarifləndirici görüşlər keçirilib. 

Firudin Qurbanov çıxışının sonunda dünya təcrübəsinə əsasən yalnız birgə sistemli fəaliyyət nəticəsində, vahid kompleks tədbirlər vasitəsilə autizm xəstələrinin əlilliyini əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünü vurğulayıb. 

Çıxış edən digər qonaqlar konfransın əhəmiyyətini vurğulayıb, konfransın mövzusu istiqamətində öz sahələrində görülən işləri diqqətə çatdırıblar. 

Rəsmi açılış hissəsindən sonra “Birgə və Sağlam” İctimai Birliyinin “Mavi ürəklər” inklüziv musiqi qrupu konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, 23-25 aprel tarixlərini əhatə edən konfransın ilk günü Bakı Slavyan Universitetində autizmlə bağlı müxtəlif mövzulara həsr olunan 10 praktik seminar təşkil edilib. Konfransda ABŞ, İsveç, Norveç, İrlandiya və Türkiyədən dəvət olunmuş tədqiqatçılar, həmçinin yerli mütəxəssislərin geniş təqdimatlarla çıxışları, ekspertlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. 

Konfrans Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Medianın İnkişafı Agentliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi, NEQSOL Holding, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Media Mərkəzi və Azərbaycan Pediatriya Cəmiyyətinin tərəfdaşlığı, "Azərbaycan Hava Yolları" QSC, bp şirkəti, Birbank və “SARDA Group”un sponsorluğu, “Atashgah” İncəsənət Mərkəzi, IBAO, DePromo, Özsüt, “İnklüziv İnkişafa Dəstək Mərkəzi”, “Kashalata” kafe, PM Akademiya, “Birlik” İctimai Birliyi, “Umid var” İnklüziv Yaradıcılıq Birliyi və “SBS” şirkətinin dəstəyi ilə keçirilir. 

1 /17

Şərhlər

Xəbər lenti

24 aprel, 20:56

Azərbaycanlı tələbənin çəkdiyi rəsm 15 min dollara satıldı

24 aprel, 20:20

Çin astronomları qalaktikada qeyri-adi obyekt aşkar ediblər

24 aprel, 19:00

Süni intellekt aritmiya riskini əvvəlcədən müəyyən edə biləcək

24 aprel, 18:17

Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

24 aprel, 18:02

“Qrafik dizayner” ixtisası üzrə qısamüddətli təlimlər davam edir

24 aprel, 17:16

NDU-da II Respublika elmi konfransı keçirilib

24 aprel, 17:10

“Qədim yurd yerlərimiz, söykökümüz - Aşıq Ələsgər” adlı tədbir keçirilib

24 aprel, 17:06

Yağmurlu hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

24 aprel, 17:05

Region məktəblərində iqlim dəyişikliyi ilə bağlı təlimlər keçirilib

24 aprel, 17:01

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

24 aprel, 16:55

Dövlət Proqramı iştirakçısı beynəlxalq tədbirdə çıxış edib

24 aprel, 16:55

BDU-da Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqata inteqrasiyasına dair təlim keçirilib

24 aprel, 16:37

Azərbaycanda PISA qiymətləndirməsi tam elektronlaşdırılacaq

24 aprel, 16:32

Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub

24 aprel, 16:14

697 məktəbdə summativ qiymətləndirmə elektron formada keçirilib

24 aprel, 15:41

“Qərbi Azərbaycan toponimləri: milli kimliyin izləri” mövzusunda görüş keçirilib

24 aprel, 15:26

Fərqli dillərdə təhsil alan şagirdlər mayın 4-də imtahan verəcəklər

24 aprel, 15:23

Elektron jurnaldan istifadə edən məktəblərin sayı açıqlanıb

24 aprel, 15:17

Rektor elmi-tədqiqat təcrübəsi keçən qazaxıstanlı tələbələrlə görüşüb

24 aprel, 15:14

ADPU-da “Peşəkar təcrübə proqramı”nın bağlanış mərasimi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.