
Mayın 29-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfəri çərçivəsində bir sıra görüş, təhsil müəssisələrinə baxış və vətəndaş qəbulu keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ilk olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Göygöl rayon Üçtəpə kənd Ə.Məmmədov adına tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Daha sonra Firudin Qurbanov Göygöl şəhər 4 nömrəli körpələr evi – uşaq bağçasında olub. Burada müəssisənin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub.
Nazir müavini həmçinin regionda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirərək tədrisin keyfiyyəti ilə bağlı müzakirələr aparıb, təhsil işçilərinin təklif və fikirlərini dinləyib.
Səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu da keçirib. Müraciətlər əsasən işlə təmin olunma və digər məsələləri əhatə edib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
1 /25
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər