Bütün xəbərlər
4 aprel, 09:29

Naxçıvan Dövlət Universitetində “Elmi inkişaf: uğurlar və çağırışlar” gənc tədqiqatçıların II Respublika Elmi Konfransı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində baş tutub.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Konfransda rəsmi qurumların, universitetlərin rəhbər heyəti və nümayəndələr, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA Naxçıvan Bölməsi, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Lənkaran, Gəncə, Sumqayıt Dövlət Universitetlərinin müəllimləri, ölkənin müxtəlif bölgələrindən gənc tədqiqatçılar, magistr, doktorantlar və digər dəvətlilər iştirak ediblər. 

Konfransı açıq elan edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, 2024-cü ildə həyata keçirilən layihələr yalnız universitet üçün deyil, həm də regionun elmi inkişafına, dünya elminə töhfə verməsi baxımından əhəmiyyətli olub və ötən il xüsusilə elmi fəaliyyətdə yaddaqalan uğurlu nəticələr qeydə alınıb. Universitetin əsas prioritetləri sırasında əməkdaşların elmi potensialının artırılmasında elmi dərəcəli əməkdaşların sayı artaraq 229 nəfərə çatıb. 

Rektor Elbrus İsayev qeyd edib ki, universitetində tək bu gün deyil, ötən 5 illə müqayisədə akademik heyətdə elmi dərəcəlilərin sayında müsbət artım dinamikası izlənilir. Belə ki, 2020-ci ildə heyətdə elmi dərəcəlilərin sayı 34% olmuşdursa, hazırda bu 40.3%-dir. Ötən illə müqayisədə universitetdə əməkdaşların sayı 10%-dək artıb ki, bunun da orta hesabla 50%-i elmi dərəcəlilər təşkil edir. Heyətdə elmlər doktorlarının sayı 2020-ci illə müqayisədə orta hesabla 1,5 dəfə artıb. Rektor əlavə edib ki, 2020-ci illə müqayisədə elmi adlı heyətdə 78% artım olub. Akademik heyətə düşən nəşr sayı 2020-ci illə müqayisədə bir əməkdaşa düşən nəşr sayı 3.4 dəfə artıb və universitet tarixindəki ən yüksək nəticə qeydə alınıb. 2020-ci ildə universitet üzrə cəmi 13 konfrans keçirilmişdirsə, 2024-cü ildə təkcə Beynəlxalq konqres və simpoziumların sayı bundan çox olub. 2024-cü ildə NDU alimlərinin “Scopus”da indekslənmiş məqalələrinin sayı 2023-cü illə müqayisədə 5 dəfə, “Web of Science”də indeksləşmiş nəşr sayı da 2 dəfə artıb. Eyni zamanda, 2024-cü ildə universitetdə 73 elmi tədbir, 14 beynəlxalq, 12 respublika konfransı keçirilib. Həmçinin Universitetin Elmi Kitabxanasının fondu daim zənginləşdirlib ki, hazırda 180 minə yaxın resurs var. Rektor Elbrus İsayev xüsusilə elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açaraq jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının diqqətdə olacağını  bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev AMEA-nın inkişaf yolundan bəhs edib, elmin dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafında mühüm rolu barədə məlumatları diqqətə çatdırıb. İsmayıl Hacıyev qeyd edib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Elm haqqında” qanun bu yöndə inkişaf istiqamətlərini özündə əks etdirir. Naxçıvan Dövlət Universitetində də bu istiqamətlər əsaslı elmin inkişafı yönündə davamlı tədbirlər həyata  keçirilir və konfrans da özlüyündə bu tədbirlərə nümunədir. 

Azərbaycan Dövlət İqtisad Universiteti, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru Zahid Məmmədov çıxış edib, Naxçıvan Dövlət Universitetinin çox sürətli və uğurlu inkişaf yolu keçdiyini vurğulayıb. Bu yüksəlişin keyfiyyətli kadr potensialı, xüsusi ilə rektor Elbrus İsayevin müsbət reputasiyası ilə bağlı olduğunu ifadə edən Zahid Məmmədov konfransın təşkilini çox yüksək qiymətləndirib.  Bildirib ki, bu gün Naxçıvan Dövlət Universiteti öz fəaliyyəti ilə dünya elm ictimaiyyətində  çox ciddi diqqət çəkir. Nobel mükafatçısı Əziz Səncərin ötən il NDU-ya gəlməsi və universitet haqqında səsləndirdiyi fikirlər buna bariz nümunədir. Zahid Məmmədov, eyni zamanda, universitetlərin missiyası yönünü təyin edən elmi-tədqiqat, beynəlxalq rəqabətqabiliyyətlilik, elmi nəşrlərdə istinad indeksi, biliklərin kommersiyalaşdırılması, akademik bacarıqlar və digər kateqoriyalar barədə məlumatlar verib. Qeyd edib ki, bu gün ölkədə ali təhsil müəssisələrində elmi-tədqiqatların nəticələri diqqətdə saxlanılmalı və bütün tədqiqatlar ölkənin, milli iqtisadiyyatın inkişafına inkişafına xidmət etməlidir. 

Acıbadem Xəstəxanasının Ürək-Damar klinikasının qurucusu, professor Cem Alhan konfransın mahiyyəti haqqında fikirlərini bölüşüb. NDU və Naxçıvanda ilk dəfə olması ilə bağlı təəssüratlarını ifadə edib. Xüsusilə Naxçıvanın coğrafi mövqeyi və mövcud blokada vəziyyəti ilə bağlı fikirlərində Naxçıvan Dövlət Universitetinin elmi nailiyyətləri ilə blokadanı aşdığını qeyd edib. 

NDU Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanması istiqamətində magistratura və doktorantura səviyyələri üzrə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib. 

Daha sonra gənc tədqiqatçılar: Naxçıvan Dövlət Universitetinin magistrantı Mirməhəmməd Seyidzadə “Proqramlaşdırmada təhlükəsiz data analitika”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnsitutu doktorantı Jalə Hüseynzadə “Qlobal iqlim dəyişikliyinin tütün ağ milçəyi zərərvericisinə təsiri”, Naxçıvan Dövlət Universiteti magistrantı Kamal Allahverdiyev “Naxçıvanda meliorasiya sistemlərinin inkişafı və dron texnologiyalarının tətbiqi” mövzularında məruzələr ilə çıxış ediblər. 

Konfrans universitetin Fizika-riyaziyyat, Beynəlxalq münasibətlər və hüquq fakültəsində bölmə iclasları ilə öz işini davam etdirib. 

Qeyd edək ki, konfrans 03-04 aprel tarixləri olmaqla iki gün ərzində 12 salonda keçiriləcək, 63 paneldə hibrid formada bölmə iclasları ilə davam edəcək. Respublika üzrə 50 müəssisədən 700 dən çox tədqiqatçı tərəfindən təqdim edilən 600-dək elmi təqdimat müzakirə olunacaq. 

1 /10

Şərhlər

Xəbər lenti

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

18 sentyabr, 15:01

SAF 2025 – Bakı beşinci yubileyə hazırlaşır

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.