Bütün xəbərlər
17 aprel, 09:36

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “İnformasiya təhlükəsizliyi və ISO 27001 məlumat güvənliyi” mövzusunda açıq dərs təşkil olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, dərsi universitetin İnformasiya texnologiyaları şöbəsinin müdiri, Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Əsgərli və Türkiyə Cümhuriyyətinin Düzce Universitetinin dosenti, Naxçıvan Dövlət Universitetinin müəllimi Serdar Biroğul tədris edib. Dərsdə informasiya təhlükəsizliyi sahəsində qlobal trendlər, müasir risklər və onların idarəolunması yolları haqqında ətraflı məlumat verilib.

Serdar Biroğul çıxışı zamanı ISO 27001 standartının tətbiqi ilə bağlı praktiki nümunələr əsasında məlumat güvənliyi, menecment sistemlərinin necə formalaşdırıldığı mövzusunda ətraflı məlumatları diqqətə çatdırıb. O vurğulayıb ki, informasiya təhlükəsizliyi təkcə texniki sahə deyil, hüquq, idarəetmə və etik prinsiplərlə sıx bağlı, multidisiplinar bir elmi-tədqiqat istiqamətidir.

Hüseyn Əsgərli tələbələrin mövzuya olan marağını yüksək qiymətləndirərək NDU-da bu istiqamətdə həm praktiki, həm də elmi-tədqiqat bazasının gücləndirilməsi üçün atdığı addımlardan danışıb. Bildirilib ki, universitetdə bu sahədə elmi işlərin təşviqi, tələbələrin yerli və beynəlxalq layihələrə cəlb olunması gələcəkdə yüksəkixtisaslı kadrların formalaşmasına təkan verəcək.

Sonda tələbələrlə interaktiv sual-cavab sessiyası keçirilib, elmi maraq doğuran mövzular ətrafında müzakirələr aparılıb və gələcəkdə bu sahədə tədqiqat layihələrinin həyata keçirilməsi təşviq olunub. 

Bildirək ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə informasiya təhlükəsizliyi məsələsi qlobal miqyasda strateji və elmi-tədqiqat baxımından önəmli sahələrdən birinə çevrilib. Bu reallığı nəzərə alaraq Naxçıvan Dövlət Universitetində tələbələrin nəzəri və praktiki biliklərinin artırılması məqsədilə ardıcıl olaraq maarifləndirici tədbirlər təşkil olunur. Bu kimi tədbirlər Naxçıvan Dövlət Universitetində elmi-tədqiqat yönümlü tədrisin təşviqi, tələbələrin beynəlxalq bilik sisteminə inteqrasiyası və müasir texnologiyalara uyğun ixtisaslı kadrların yetişdirilməsi istiqamətində mühüm rol oynayır.

1 /1

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.