Bütün xəbərlər
23 mart, 11:23

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən növbəti bayram düşərgəsi təşkil edilib. Müqəddəs Ramazan ayına təsadüf edən Novruz bayramı münasibətilə təşkil edilən düşərgədə ittifaq üzvlərinin istirahəti təmin olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil olunan düşərgədə 2 mərhələ üzrə 350-yə yaxın təhsil işçisi, həmçinin 300-dən artıq ali məktəb tələbəsi  olmaqla ümumilikdə 650 ittifaq üzvünün istirahət etməsi nəzərdə tutulur. 

Artıq düşərgə 21-25 mart tarixlərini əhatə edəcək birinci mərhələ üzrə  məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin istirahətini reallaşdırıb. 

Düşərgənin açılış mərasimində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış üçün söz alaraq ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb. T.Abdullayev düşərgədə iştirak edən respublikanın müxtəlif bölgələrindən olan məktəbəqədər təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, 5 gün müddətində “Novruz 2025” düşərgəsi məktəbəqədər təhsil müəssisələrində çalışanların vaxtlarını səmərəli keçirmək, şən və mənalı istirahətini təşkil etməklə yanaşı, onların övladları üçün rəngarəng əyləncə proqramı kimi imkanlar təqdim edir. 

Proqram çərçivəsində məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil işçilərinin iştirakı ilə mədəniyyət və incəsənət tədbirləri, əyləncəli şou proqramlar təşkil olunacaq, komanda quruculuğuna dair fəaliyyət istiqamətində əməkdaşlıq və ünsiyyət bacarıqları müzakirə ediləcək. Həmçinin düşərgə iştirakçıları üçün psixoloji dəstək seminarları keçiriləcək.

Düşərgənin ikinci mərhələsi isə 26-31 mart olmaqla ölkənin müxtəlif ali təhsil müəssisələrinin ittifaq fəalları olan tələbələrini əhatə edəcək. 

Ümumilikdə 10 gün davam edəcək düşərgə çərçivəsində bayram proqramları ilə yanaşı, iştirakçıların bilik və bacarıqlarının inkişafına yönəlmiş intellektual oyunların və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulub.

“Novruz 2025” bütövlükdə iştirakçıların sosial inkişafını dəstəkləməklə yanaşı, onların komanda işi və yaradıcılıq bacarıqlarının artırılmasına şərait yaradacaq.

Düşərgənin ikinci mərhələsində tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil olunacaq.Gənclərin istirahətlə yanaşı,intellektual bacarıqlarının təqdimatı üçün geniş imkanlar yaradılacaq. 

Ümumiyyətlə, “Novruz 2025” düşərgəsi çərçivəsində nəzərdə tutulan bütün tədbirlər gənclərin təfəkkürünün, sosial və akademik inkişafını dəstəkləməyi, o cümlədən onların liderlik, komanda işi və yaradıcılıq bacarıqlarını artırmağı hədəfləyir. Burada tələbələr üçün komanda ruhunun və fiziki aktivliyinin artırılması üçün müxtəlif idman yarışları, onların analitik düşüncə və məntiqi təhlil qabiliyyətlərinin inkişaf etdirilməsinə xidmət edən intellektual oyunlar, mədəniyyət və incəsənət tədbirləri, eyni zamanda, iştirakçıların natiqlik qabiliyyələrinin peşəkar inkişafı, liderlik, şəxsi bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlərin təşkili nəzərdə tutulur.

Bir sözlə, “Novruz-2025” düşərgəsi gənclərə həm də yeni dostluqlar qurmaq, fərqli təcrübələr qazanmaq və özünü inkişaf etdirmək üçün unikal bir platformaya rolunu oynayacaq.

1 /7

Şərhlər

Xəbər lenti

25 mart, 15:00

Daşdəmirbəylidə məktəbəqədər təhsil: Uşaqlar üçün yeni fürsətlər

25 mart, 11:00

MDU-nun tələbəsi "Bosch"un saytında boşluq aşkarladı

25 mart, 10:22

“Zorakılıqsız həyat – uğurlu gələcək” layihəsi çərçivəsində növbəti sessiya keçirib

24 mart, 14:21

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ!

24 mart, 10:08

“İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” layihəsi davam edir

23 mart, 16:03

İsmayıllıda şagirdin məktəbdə xəsarət almasına aydınlıq gətirilib

23 mart, 14:58

Ekoloji problemlərin həllinə töhfə - Şəki məktəblilərinin uğuru

23 mart, 11:00

Alimlərin fəaliyyəti: Elmi dərəcə və ad almaq kifayətdirmi?

23 mart, 09:20

“Müəllim uşağın qəlbinə gözəl insani duyğuların toxumunu səpməyi bacarmalıdır”

22 mart, 20:00

Türkiyədə süni intellekt əsaslı fərdiləşdirilmiş öyrənmə sistemi işə salınıb

22 mart, 18:28

Cənubi Avstraliyada telefon qadağası şagird davranışlarını yaxşılaşdırıb

22 mart, 16:25

Hakaton modelinin yeni formatları üzərində işin aparılması planlaşdırılır

21 mart, 17:00

Valideynlərin rəyi məktəbin reytinqinin formalaşmasında rol oynayacaq

21 mart, 13:15

Elektron gündəliklərin yaradılması planlaşdırılır

21 mart, 11:57

“Atam mükafatının hamısını fəhlələrə paylanılmasını tapşırmışdı” – Səməd Vurğun xatirələrdə

20 mart, 14:37

BSU-nun rektoru Qubada məktəblilərlə görüşüb

20 mart, 10:00

Bu gün Azərbaycana bahar fəsli daxil olur

20 mart, 08:22

Novruz bayramı - milli kimliyimizin və ümumbəşəri dəyərlərin rəmzi

19 mart, 17:34

MİQ-də iştirak edə biləcək qeyri-pedaqoji ixtisaslar bəlli olub - SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.