Bütün xəbərlər
24 yanvar, 14:13

Özünütəhsillə məşğul olan insanların 60 faizi ehtiyaclarına uyğun fərdi kurslar almaq istəyir. Qlobal onlayn təhsil bazarını araşdıran analitiklərin fikri belədir. XXI əsrin reallığı bundan ibarətdir ki, istər universitet təhsili, istərsə də kurslarda hansısa peşə bilikləri alanlar ömür boyu təhsil almalı olacaqlar. Çünki heç bir süni intellekt və təhsil texnologiyası canlı təcrübə, sınaq və səhvləri araşdırmaqla öyrənməyi əvəz edə bilməz.

Ümumiyyətlə, özünütəhsil mövzusu indi o qədər aktualdır ki, artıq universitetlərdə tələbələrə “Ömürboyu öyrənmə konsepsiyası” və “Ömürboyu öyrənmə essesi” mövzusunda tapşırıqlar verilir. Yeri gəlmişkən, bu, müəllimlər tərəfindən çox səmərəli yanaşmadır. Tələbələr ortaya bu mövzuda yeni bir yanaşma qoymasalar belə, bu, onlara ən azı nə üçün oxumalı və bilik əldə etmək üçün müstəqil səylər göstərməli olduqlarını anlamağa imkan verəcək. Ömürboyu öyrənmə nə üçün lazımdır?

Özünütəhsil bu və ya digər şəkildə, ömürboyu təhsil (lifelong learning education) konsepsiyasına uyğun gəlir və bu ömürboyu təhsildə nəyin aktual olduğuna dair daha dolğun fikir yaradır.

Bütün həyatımızı məktəbli və ya tələbə kimi keçirə bilmədiyimizdən ömürboyu təhsil özünü inkişaf etdirmənin ən faydalı yollarından biridir. Özünütəhsil ömürboyu öyrənmə fəlsəfəsi kimi bilik əldə etmək üçün daimi, könüllü və öz-özünə məlumat axtarışını əhatə edir. Mövcud şəraitdə özünütəhsil ənənəvi təhsilin bir hissəsi kimi qeyri-rəsmi öyrənmə formasında müstəqil və ya müəllim mentorluğu ilə həyata keçirilə bilər.

Hesab olunur ki, özünütəhsil yerdən, zamandan və digər şəraitdən asılı olmayaraq hər bir insana öz potensialını reallaşdırmağa imkan verir. Öz-özünə təhsillə hər yerdə - universitet, iş, yol və b. məkanlarda məşğul olmaq mümkündür. Müasir rəqəmsal texnologiyalar, qulaqcıqlı telefondan istifadə edə və audiokitab dinləyə biləcəyiniz hər yerdə öyrənməyi mümkün edir. Ömürboyu təhsil konsepsiyasına görə, təhsil və təlim bütün yaş qruplarını, bilik sahələrini əhatə etməli, mövcud metodlardan istifadə ilə hər bir insanın inkişafına yardım göstərməlidir.



Bəs nə etmək lazımdır ki, yaxşı bir məqsəd “oxumaq naminə oxumağa” çevrilməsin, insan gördüyü işdən fayda və ya heç olmasa, məmnunluq hissi alsın?

Xarici ədəbiyyatda göstərilir ki, alimlər özünütəhsillə məşğul olanlara aşağıdakı tövsiyələri verirlər:

  • Praktiki sınaq – öyrənilən material üzrə özünü sınamaq və ya praktiki testlərdən keçmək. İdeya ondan ibarətdir ki, özünüzü aktiv şəkildə yaddaşınızdan məlumat əldə etməyə məcbur etməklə, onun uzunmüddətli saxlanmasını gücləndirmiş olursunuz.
  • Paylanmış təcrübə – əvvəllər keçilən materiala geri qayıtmağı və istinad etməyi nəzərdə tutan cədvəl və ya dərs planı.
  • Interleaved Practice (Fasiləli təcrübə) – eyni öyrənmə sessiyası çərçivəsində müxtəlif növ tapşırıqları və ya müxtəlif növ materialları birləşdirən cədvəlin həyata keçirilməsi. Burada ideya tanış problemləri müxtəlif yollarla həll etmək və müxtəlif problemləri həll etmək üçün öyrənilmiş metodlardan istifadə etməkdir.
  • Sonradan sorğu yaradılması - müəyyən edilmiş faktın və ya konsepsiyanın niyə doğru olduğuna dair izahatlar, materialı daha dərindən öyrənməyə imkan verir.
  • Özünə izahat hazırlamaq – yeni məlumatın əvvəllər öyrənilmiş məlumatla necə əlaqəli olduğunu araşdırmaq. Bu, məzmunun daha səmərəli yadda saxlanılmasına və onun əvvəlki biliklərə inteqrasiyasına faydalı ola bilər.

Bu, Böyük Britaniyanın Kent Universitetinin professoru Con Dunloski və onun həmkarlarının araşdırması nəticəsində ortaya çıxan tezislərdir. Müəlliflər bütün strategiyaların həyata keçirilməsi üçün praktiki tövsiyələr verir. Onların fikrincə, öyrənilən materialda test tapşırıqları və ya sualları olmasa belə, yeni öyrənilən əsas termin və tezisləri yaza və bir müddət sonra onları necə yadda saxladığınızı yoxlaya bilərsiniz.

Yəni əvvəlcə öyrəndiklərinizi xatırlamağa çalışmalı və yalnız bundan sonra yeni keçilən materialı oxumalı və nəzərdən keçirməlisiniz.

Mütəxəssislər özünütəhsillə məşğul olanlara strategiyalar da təklif edirlər:

  • Aydın məqsədlər qoyun və mövcud biliyi dərinləşdirmək üçün hansı sahələri seçəcəyinizə qərar verin.
  • Bilik mənbələrini genişləndirin. İnternetdən, korporativ təlim imkanlarından istifadə edin, ekspertlərlə ünsiyyətdə olun, könüllü layihələrlə əməkdaşlıq edin.
  • Öyrənmə düşüncə tərzini inkişaf etdirin, yeni layihələr, insanlar və ya komandalarla işləyərkən öyrənmək imkanlarını axtarın və onların müəyyən problemləri necə həll etdiyini müşahidə edin.
  • Özünüzdən dəqiq nə öyrəndiyinizi, onu praktikada necə tətbiq etdiyinizi və hansı öyrənmə metoduna üstünlük verdiyinizi soruşun (oxu, videolar, ünsiyyət, təcrübə).
  • Öyrəndiklərinizi paylaşın, çünki başqalarına nəyisə izah etməklə biliklərinizi strukturlaşdırır və mövzunu daha yaxşı başa düşürsünüz.

İstənilən halda, siz seçdiyiniz öyrənmə üslubunuza uyğun öyrənmə modelləri üçün daha çox vasitələr axtarmalısınız. Bəziləri sadəcə oxuyur, bəziləri dinləyir və ya videolara baxır və s.

Ekspertlər ömürboyu təhsilin bir neçə əsas üstünlüklərini vurğulayırlar. Ömürboyu öyrənmə və özünütəhsil sizə nə verəcək?

  • Peşəkar inkişaf – bu gün əksər peşələr dəyişib və əlavə təlim sadəcə arzudan tələbə çevrilib.
  • Özünü reallaşdırma – yeni peşəkar biliklər bir mütəxəssis kimi özünü dərk etməyə imkan verir, yeni hobbilər həyatı daha maraqlı və mənalı edir.
  • Fiziki sağlamlıq və intellektual bacarıq – yeni məlumatların mənimsənilməsi beyni daha yaxşı formada saxlayır, yeni motor bacarıqların inkişafı (idman, rəqs və s.) orqanizmin sensor və motor funksiyalarının saxlanmasına kömək edir. Xüsusilə, son onilliklərin elmi araşdırmaları ömürboyu öyrənmənin insan beyninin gec qocalmasına təsir etdiyini təsdiqləyib. Tədqiqatçılar belə qənaətə gəliblər ki, ömürboyu öyrənmə və araşdırmalar yaşlı insanlarda beyin və idrak tənəzzülünün qarşısının alınmasında əhəmiyyətli vasitələrdəndir.

Mənbə: “Azərbaycan müəllimi” jurnalı

Xəbər lenti

4 fevral, 18:55

2032-ci ildə Yerə dəyə biləcək asteroid kəşf olunub 

4 fevral, 17:44

Uşaqlar rol-modellərini necə seçirlər?

4 fevral, 17:40

Uşaqları ekran qarşısından uzaqlaşdırmaq üçün “meşə məktəbləri” yanaşması 

4 fevral, 17:33

Ümumi təhsil müssisələrində fəaliyyət göstərən metodistlərlə görüş keçirilib

4 fevral, 17:21

Şirvan-Salyan regionunda 4 məktəb üçün yeni bina tikilir 

4 fevral, 17:17

Süni intellekt fundamental fizikada inqilab edə bilər

4 fevral, 16:51

Doktorantura birpilləli olarsa, elm daha da gəncləşəcək - Mütəxəssis

4 fevral, 16:36

“Post-it” pedaqogikası 

4 fevral, 16:31

Liderlik qabiliyyətinin inkişafı şagirdlərin sosial-ictimai həyatına necə təsir edir?

4 fevral, 16:05

Məşğulluq imkanlarını artırmaq üçün tələbələrin ehtiyacı olan 5 bacarıq

4 fevral, 15:48

Nəzakət Mehdiyeva: Müəllim üçün ən yaxşı öyrənmə metodu “dərsin qeybətini etmək”dir

4 fevral, 15:43

Arxeoloqlar 1300 illik artefakt tapıblar 

4 fevral, 15:40

Mikroplastiklər yediyimiz qidalarda, içdiyimiz suda, hətta aldığımız havada mövcuddur - TƏDQİQAT

4 fevral, 15:03

Məktəblərdə davranış problemlərinin həllində cərimələr rol oynaya bilər?

4 fevral, 14:53

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

4 fevral, 14:48

Hərbi xidmətini intellektual qabiliyyətli bölmələrdə keçirmək istəyənlərin nəzərinə!

4 fevral, 14:40

Summativ və formativ qiymətləndirmə sistemləri arasındakı əsas fərq nədir?

4 fevral, 14:36

Fizikanın tədrisində yeni təhsil texnologiyalarından istifadə

4 fevral, 14:09

Prezident “Vətən” İdman Liseyində yaradılan şəraitlə tanış olub

4 fevral, 14:07

Doktorant və dissertantlar üçün növbəti seminar keçirilib

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.