Bütün xəbərlər
22 yanvar, 13:36

Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına növbəti qəbul həyata keçirilib. Proqramın köhnə qaliblərindən artıq məzun olanlar, hətta iş tapanlar da var. 2024-cü ildə məzun olan 14 nəfərdən 4-ü işlə təmin olunub. 

“Azərbaycan müəllimi” işlə təmin olunan “Parla” məzunlarından birini təqdim edir.

Fəal şagird, uğurlu tələbə oldu, “Parla”ya seçildi

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarəedilməsi fakültəsinin I kurs magistri Məlahət Rzayeva böyük arzuları, dəqiq hədəfləri olan gənclərdəndir. Bu qətiyyətin də bir bünövrəsi var. Belə ki, məktəb illərində həm akademik, həm də qeyri-akademik yönlərdə fəal şagird olub. 2016-ci ildə - hələ VIII sinifdə oxuyarkən Respublika fənn olimpiadasında rus dili və ədəbiyyatı fənni üzrə iştirak edərək uğur qazanıb. 

Daha sonra 2020-ci ildə 540 bal toplayaraq Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan “Sosial iş” ixtisasına qəbul olunub: “Dil biliyimi artırmaq məqsədilə təhsilimi ingilis dilində almağa qərar verdim. Tələbəlik illərində Təhsil Nazirliyi (Elm və Təhsil Nazirliyi), DOST Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunda müxtəlif könüllü və təcrübə proqramlarında iştirak etdim”.

Sosial media vasitəsilə müxtəlif proqram və layihələr axtarışında olub. “Parla”nı da belə axtarışlarının birində tapıb: “Bir gün rastıma “Parla” təqaüd və inkişaf proqramı üçün qeydiyyat elanı çıxdı. Burada qeyd olunan bütün meyarlara uyğun olduğum üçün müraciət etmək qərarına gəldim, elektron müraciət formasını doldurdum və göndərdim. Bir qədər sonra mənimlə əlaqə saxladılar və müsahibə mərhələsinə dəvət olundum. Burada akademik fəaliyyətlərim və məqsədlərim barədə suallar verildi. Nəticədə “Parla” qızlarından biri də mən oldum!”.

Maraqlıdır, “Parla”nın faydasını görübmü? “Parla” qızı yeni fürsətlərdən danışdı: “Hiss edirdim ki, artıq hər şey çox fərqli olacaq. Yeni biliklər, yeni insanlar və ən əsası, yeni fürsətlər məni gözləyirdi. Seçilmiş tələbələr təhsili başa vurana qədər aylıq təqaüd ödənişi ilə təmin olunurlar. Bundan əlavə, “NEQSOL Holding” tələbə qızlara təcrübə proqramı, mentorluq, “NEQSOL Akademiyası” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına və “LinkedIn” öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir. Düşünürəm ki, qeyd etdiyim bu fürsətlər hər bir tələbənin arzusudur!”.

“Parla”da iştirak öz gücünə inamını artırıb

“Parla”da qazandıqlarına gəlincə, Məlahət Rzayeva onları belə sıralayıb: “Mənim üçün ən önəmli məqamlardan biri ödənişsiz ingilis dili kurslarının təşkili idi. Hər bir tələbə qız öz dil biliyi səviyyəsinə uyğun olaraq həm ümumi ingilis dili, həm də IELTS üzrə hazırlaşa bilərdi. Mən də dil səviyyəmi artırdım və bunu təsdiq edən sertifikatla təqdim olundum. “Parla” təqaüd proqramı mənə yalnız akademik biliklər qazandırmaqla kifayətlənmədi, eyni zamanda şəxsi və peşəkar inkişafımda böyük irəliləyişlərə nail olma imkanı verdi. Təcrübələrim motivasiya verdi və öz gücümə inamımı artırdı”.

Proqram müddətində təcrübə qazanmaq fürsəti əldə edən M.Rzayeva “NEQSOL Holding”in insan resursları komandasında təcrübəçi olaraq fəaliyyət göstərib: “İnsan resursları sahəsinə marağım tələbəlikdən var. Universitetdə psixologiya və idarəetmə dərslərini keçərkən insanların müxtəlif motivasiya və davranışlarını anlamağa çalışırdım”.

“NEQSOL Holding”də 3 ay təcrübəçi kimi fəaliyyət göstərib: “Təcrübə müddəti bitdikdən sonra rəsmi olaraq işçi kimi qeydə alındım. Hazırda “NEQSOL Holding” insan resursları komandasının üzvüyəm. Bu, mənim üçün çox dəyərli fürsətdir və əminəm ki, burada əldə edəcəyim təcrübə və biliklər karyeramı daha da irəlilətmək və insan resursları sahəsində yeni uğurlar qazanmaq üçün əvəzsiz olacaq”.

M.Rzayeva bu müddətdə yalnız insan resursları sahəsindəki biliklərini artırmayıb, həm də işin gündəlik praktik tərəflərini daha dərindən anlayıb: “Mühüm qərarların necə qəbul edildiyini, komanda daxilində düzgün kommunikasiya və əməkdaşlığın necə qurulduğunu öyrəndim. Bu təcrübə mənə karyeramda yeni bir perspektiv, ən önəmlisi, karyeramda irəliləmək üçün böyük ilham verdi”.

İndi özündə “Parla”nın böyük və əhəmiyyətli töhfəsini görür: “Bu təcrübələr mənim üçün çox qiymətlidir və gələcəkdə uğurlu karyera qurmağım üçün möhkəm bir təməl yaratdı. Əminəm ki, özünə inanan və inkişaf etməyə həvəsi olan hər bir gənc bu fürsətdən yararlanaraq mənim kimi parlayacaq!”.

Dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanları verilir

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramının qalibi Məlahət Rzayeva 2024-cü ildə Bakı Dövlət Universitetindən məzun olub. Universiteti yüksək nəticə - 94 bal ilə bitirib. 

Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrində bakalavriat təhsili alan tələbə qızlar müraciət edirlər. Proqram çərçivəsində seçilmiş tələbələr aylıq təqaüdlə yanaşı, təcrübə, mentorluq, təlimlər və “NEQSOL Academy” ilə “LinkedIn Learning” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış kimi imkanlardan yararlanırlar.

Şərhlər

Xəbər lenti

7 iyul, 17:49

BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.