Bütün xəbərlər
18 fevral, 10:55

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi 2019-2020-ci tədris ilindən fəaliyyət göstərir. Hazırda layihə 249 məktəb, 419 sinif, 838 ixtisas qrupu, 7000-dən çox şagird və 1087 müəllim heyətini əhatə edir.
 
Hazırda Lənkəranda da 7 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir. 

“Azərbaycan müəllimi”nin müsahibi Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə təşkil edilən peşə təmayüllü siniflər üzrə qrup rəhbəri Cavid Nəsirzadədir. O, Lənkəran Dövlət Universitetində “Tarix və ictimaiyyət” ixtisası üzrə təhsil alıb. 
Təhsili bir peşə deyil, bir missiya kimi qəbul edən Cavid müəllim vurğulayıb ki, təhsil almaq onun üçün davamlı inkişaf və öyrənmə yoludur.

- Peşə təmayüllü siniflər üzrə qrup rəhbərinin vəzifələri nələrdir?

- Peşə təmayüllü siniflər üzrə qrup rəhbərliyi sadəcə bir vəzifə deyil, gənclərin gələcəyini formalaşdıran bir missiyadır. Hazırda fəaliyyətim bir neçə əsas istiqaməti əhatə edir və hər biri mənim üçün yalnız bir vəzifə deyil, cəmiyyətə töhfə vermək missiyasıdır. İlk il Liman, hazırda isə Lənkəran şəhərində fəaliyyət göstərirəm. Bu layihə mənim üçün sadəcə bir iş deyil – gənclərin gələcəyinə doğru atdıqları mühüm addımda onların yanında olmaqdır. Məqsədim şagirdlərə yalnız akademik biliklər vermək yox, həm də onları əmək bazarına hazırlamaq, öz potensiallarını tam şəkildə reallaşdırmalarına kömək etməkdir.

Mənim üçün əsas prinsip budur: gənclər üçün real nəticələr yaratmaq, onların gələcəyini düzgün planlaşdırmalarına kömək etmək və cəmiyyətin təhsil sisteminə dəyər qatmaq. Hər bir insanın uğur qazanması üçün yalnız bir şərt var: doğru istiqamətləndirmə və dəstək. Mən də məhz bunun üçün buradayam!

Əsas vəzifəm şagirdlərin peşə seçimi və karyera quruculuğu prosesində onları düzgün yönləndirmək, onlara bacarıq qazandırmaqdır. Bu çərçivədə tədris və inkişaf planları hazırlayır, onların icrasına nəzarət edirəm. Şagirdlərlə fərdi görüşlər keçirərək onların maraq və istəklərini dinləyir, doğru peşə seçimi etmələrinə kömək edirəm. Bəzən bir söhbət belə onların həyat yolunu dəyişə bilər və bu prosesi çox ciddiyə alıram. Valideynlərlə fərdi söhbətlər aparıram. Çünki peşə seçimində ailənin rolu böyükdür. Onlara çağdaş əmək bazarının tələblərini izah edir, övladlarının bacarıqlarını dəstəkləmələri üçün tövsiyələr verirəm. Şagirdlərin ixtisaslarını praktik şəkildə mənimsəmələri üçün ustad dərsləri təşkil edirəm. İş dünyası ilə əlaqələr quraraq məzunlarımızın əmək bazarına uyğun inteqrasiyasını təmin etməyə çalışıram.

Şagirdlərin davamiyyətini, təhlükəsizliyini və sinifdə sağlam mühiti nəzarətdə saxlayıram. İxtisas fənlərini tədris edən müəllimlərlə sıx əməkdaşlıq edərək tədrisin daha praktik və faydalı olmasını təmin edirəm. Özəl və dövlət müəssisələri ilə əməkdaşlıq qururam, real iş mühitini şagirdlərə tanıdıram. Peşə seçimi ilə bağlı məsləhət saatları təşkil edərək şagirdlərə gələcək təhsil və karyera yollarını göstərirəm. Onları ruhlandırmaq, hədəflərinə inamlarını artırmaq üçün motivasiya görüşləri təşkil edirəm. Çünki düzgün motivasiya istedadı üzə çıxaran ən güclü alətdir. Qısaca, mən təkcə bir qrup rəhbəri deyil, həm də gənclərin gələcəyini formalaşdıran, onları anlayan və dəstəkləyən bir bələdçiyəm. Çünki peşəkar gənclər güclü gələcəyin əsasını qoyur!

- Peşə təmayüllü siniflərdə hansı peşələr öyrədilir? Bir şagird eyni zamanda müxtəlif peşələri öyrənə bilər?

- Peşə təmayüllü siniflər “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində dörd əsas profil üzrə formalaşdırılıb: kənd təsərrüfatı üzrə aqronomluq, təmir-tikinti üzrə kombi-kondisioner ustası, dülgərlik, mebel quraşdırma ustası, çilingərlik, xidmət sektoru üzrə aşpazlıq, bərbərlik, dərzilik, qənnadıçılıq, İT və rəqəmsal texnologiyalar üzrə texniki dəstək operatorluğu, qrafik dizayner, kompüter operatorluğu. 

Layihə çərçivəsində şagirdlər əsasən bir istiqamət üzrə ixtisaslaşırlar. Lakin bəzi peşələr bir-biri ilə əlaqəli olduğuna görə inteqrativ yanaşma tətbiq edilir və şagirdlər əlavə bacarıqlara da yiyələnə bilirlər. Bir şagird eyni zamanda müxtəlif, hətta bir-birinə tam əks olan peşələri də öyrənə bilər. Bu yanaşma şagirdlərə daha çox seçim imkanı yaradır və onların fərqli sahələrdə özlərini sınayaraq gələcək karyeralarını daha doğru planlaşdırmalarına kömək edir.

- Peşə təmayüllü siniflər necə yaradılır? 

- Peşə təmayüllü siniflərin yaradılması Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş strategiya və planlar əsasında həyata keçirilir. Yeni siniflərin açılacağı məktəblərin seçilməsi bir neçə vacib meyar əsasında aparılır: regionun əmək bazarında olan tələbatı, məktəbin infrastrukturu və imkanları, şagirdlərin marağı və say göstəriciləri nəzərə alınır. Amma bu proses təkcə nazirliyin qərarı ilə məhdudlaşmır. Məktəblər də müraciət edərək öz təkliflərini irəli sürə bilər. Müəyyən meyarlara cavab verən məktəblərdə peşə təmayüllü siniflərin açılması mümkün olur. 

- Peşə təmayüllü sinifləri bitirənlərə tam orta təhsil haqqında sənədlə yanaşı, bitirdiyi ixtisas üzrə sertifikat verilir. Bu sertifikat sahibləri əmək bazarında rahatlıqla iş tapa bilirlər? 

- Bəli. Bu sertifikat onların əmək bazarında tanınan və rəsmi şəkildə təsdiqlənmiş bacarıqlara sahib olduğunu sübut edir. Beləliklə, məzunlarımız istənilən müəssisə və şirkətlərdə peşələrinə uyğun iş tapa bilirlər, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər. Layihənin əsas məqsədlərindən biri gəncləri əmək bazarının tələblərinə uyğun peşə bacarıqları ilə təmin etməkdir. Bu səbəbdən dərslər yalnız nəzəriyyə ilə məhdudlaşmır, praktiki məşğələlər və real iş mühiti təcrübəsi də əsas yer tutur. Əsas hədəf məzunların əmək bazarında özlərinə rahatlıqla yer tapa bilməsi və peşəkar kadr kimi formalaşmasıdır. Eyni zamanda, şagirdlər peşə sahəsində daha dərin biliklər əldə etmək üçün peşə təhsil müəssisələrinə, kolleclərə və hətta uyğun ali təhsil ixtisaslarına yönləndirilə bilirlər.

- Peşə təmayüllü siniflərdə təkcə peşənin sirləri öyrədilmir, eyni zamanda, müxtəlif fənlər tədris olunur. Fənn müəllimləri ilə bağlı çatışmazlıqlar var?

 - Bəzən spesifik mövzularla bağlı həmin sahənin peşəkarlarını dərsə dəvət edirəm. Bu, şagirdlərin əmək bazarının real tələblərinə uyğun hazırlanmasına, praktik biliklər əldə etməsinə  yardım edir. Şagirdlər üçün bu cür dərslər daha maraqlı və interaktiv olur, çünki onlar öz sahəsində uğur qazanmış insanlardan bilavasitə öyrənmək imkanı əldə edirlər. Kadr çatışmazlığı məsələsinə gəlincə, bu sahədə müəyyən boşluqlar var. Çünki peşə təmayüllü siniflər yeni tətbiq olunur və bu istiqamətdə tam ixtisaslaşmış mütəxəssislər kifayət qədər deyil. Lakin biz bu çatışmazlığı aradan qaldırmaq üçün müxtəlif sahələrin mütəxəssislərini dərslərə dəvət edirik. Müəllimlər üçün peşəkar inkişaf təlimləri təşkil edirik. Özəl sektorla əməkdaşlıq edərək sahə üzrə ekspertlərin təcrübəsindən yararlanırıq. Gələcəkdə bu istiqamətdə daha çox ixtisaslı kadrların hazırlanması və müasir əmək bazarının tələblərinə uyğun təhsil modelinin formalaşdırılması prioritet hədəflərimizdən biridir.

- Eyni zamanda təhsilin idarə olunması, təhsil və karyera üzrə mütəxəssissiniz. Bu sahədə hansı işləri görürsünüz?

- Təhsil insanın həyat yolunu müəyyən edən ən vacib faktorlardan biridir və mənim missiyam bu yolu daha aydın, daha məqsədyönlü etməkdir. Təhsilin idarə olunması, təhsil və karyera planlaması sahəsində fəaliyyətim təkcə bilik ötürməklə məhdudlaşmır. Mən şagirdlərin, abituriyentlərin, tələbələrin, hətta valideynlərin gələcək planlarını daha sistemli, daha məlumatlı və daha effektiv qurmalarına dəstək oluram.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə 2022-ci ildən etibarən 21 məktəbdə 8, 9, 10 və 11-ci siniflər üçün “Haradan başlamalıyıq?” adlı təlimlər keçmişəm. Bu təlimlərdə yalnız ixtisas seçimi ilə bağlı istiqamət vermirəm, həm də şagirdlərə öz maraq dairələrini, bacarıqlarını, əmək bazarının tələblərini dərk etməyə kömək edirəm. Çünki düzgün ixtisas seçimi təkcə akademik uğurun deyil, şəxsi və peşəkar inkişafın da əsasını təşkil edir. Təhsil idarəçiliyi sahəsində isə innovativ yanaşmalar üzərində işləyirəm. Müasir sistemlər və metodlar vasitəsilə artıq şagirdlərin istedadlarını əvvəlcədən təyin etmək mümkündür. Bu yanaşma şagirdlərin güclü tərəflərini erkən yaşda aşkar edərək onların daha uğurlu karyera yolu seçmələrinə kömək edir. Mən də bu sistemlərin tətbiqi, fərdi yanaşmaların formalaşdırılması və şagirdlərin potensiallarının maksimum səviyyədə inkişaf etdirilməsi üçün çalışıram.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.