Bütün xəbərlər
6 yanvar, 14:10

Məlum olduğu kimi, Qarabağ Universiteti təsis olunandan bəri ali təhsil müəssisəsində ilk imtahan sessiyası təşkil olunur.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Qarabağ Universitetində tədris prosesinin qiymətləndirilməsi məqsədilə keçirilən imtahanların daha şəffaf, adekvat və effektiv olması məqsədilə müvafiq qaydalar tətbiq edilməkdədir. Bu qaydalar tələbələrin bilik və bacarıqlarını müxtəlif qiymətləndirmə formaları vasitəsilə əhatəli şəkildə təyin etmək üçün nəzərdə tutulub.

Qaydalara əsasən, universitetdə yekun (semestr) imtahanları müxtəlif formalarda keçirilir. Belə ki, imtahanlarda yazılı, şifahi, test, təqdimat (layihə), praktiki və qarışıq qiymətləndirmə üsullarından istifadə edilir. Qiymətləndirmə metodları tələbələrin nəzəri bilikləri ilə yanaşı, analitik düşüncə, yaradıcılıq və praktiki bacarıqlarını da əhatə edir. Bu metodlar tələbələrin düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.

İmtahan sualları “Bloom” taksonomiyasına uyğun hazırlanır ki, bu da tələbələrin həm yaddaş, həm də analitik bacarıqlarını qiymətləndirmək üçün şərait yaradır. Taksonomiya əsasında sualların müxtəlif səviyyələri müəyyənləşdirilir: yaddasaxlama, anlama, tətbiqetmə, təhliletmə, qiymətləndirmə və yaratma. Bu yanaşma imtahanların daha balanslı və adekvat keçirilməsini təmin edir.

“Universitetin tədris prosesində tətbiq etdiyi qaydalar tələbələrin daha yüksək səviyyədə təhsil almasına və onların həm nəzəri, həm də praktiki biliklərini ən yaxşı şəkildə nümayiş etdirməsinə yönəlib. Sözügedən qiymətləndirmə formaları və qaydalar təhsil sahəsində beynəlxalq standartlara uyğunluğu təmin etməklə yanaşı, tələbələrin fərdi inkişafını da dəstəkləyir. Hesab edirik ki, bu qaydalar tələbələrin təlim-tədris prosesinin keyfiyyətini artıraraq onların akademik uğurlarına müsbət təsir göstərəcək”, - deyə Qarabağ Universitetinin məlumatında qeyd olunub.

Şərhlər

Xəbər lenti

13 may, 10:18

AMEA-nın həyətində obyekt tikilir? – AÇIQLAMA

13 may, 10:11

“Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib

13 may, 09:58

BMU tələbələri “AIRO 2025”də I yeri qazanıblar

13 may, 09:52

Qarabağ Universiteti abituriyentlər üçün təbliğat görüşlərinə start verib

13 may, 09:44

ADPU komandası Azərbaycan Beynəlxalq Robot Olimpiadasında qalib olub

13 may, 09:36

Elm və təhsil naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

13 may, 09:34

71 kənd məktəblisi RFO-da qızıl medal qazandı – SİYAHI

12 may, 21:08

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12 may, 19:53

NASA Ayın səthində oksigen əldə edib

12 may, 19:00

Marsın dərinliyində su hövzəsi tapılıb

12 may, 17:18

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlandı

12 may, 17:08

Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ

12 may, 17:01

Rektor: Uzun illər gizli saxlanılan, təhrif edilmiş hadisələr əsl qiymətini alır

12 may, 17:00

80 illik müəllim və alim ömrünün salnaməsi

12 may, 16:44

Vətənimə hüquq üzrə layiqli xidmət göstərmək istəyirəm – Naxçıvan məktəblilərinin uğuru

12 may, 16:40

Sumqayıt məktəblisi beynəlxalq olimpiadadan 4 medalla qayıtdı

12 may, 15:37

Bu instituta rektor təyin edildi

12 may, 15:25

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?

12 may, 15:07

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub

12 may, 14:46

Sabaha olan hava proqnozu açıqlanıb 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.