
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqamı təşkil edilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq milli bayramımız Novruzun ilaxır çərşənbəsini Xankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib.
Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeyd etməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun rəşadətinin nəticəsidir. Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibati və tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruz bayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.
Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib.
Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.
Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər