Bütün xəbərlər
19 may, 12:55

Qazax şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri Elm və Təhsil Nazirliyinin VIII Qrant Müsabiqəsinin qalibi olan "Mən qorxuya qalib gəldim" layihəsi çərçivəsində bullinqə qarşı sivil və yaradıcı şəkildə etiraz ediblər. 12 may 2025-ci il tarixində keçirilən fləş-mob ilə onlar həm cəmiyyətə güclü mesaj verib, həm də şəxsi inkişaf baxımından mühüm bir addım atıblar.

“Azərbaycan müəllimi” xəbər verir ki, aksiya çərçivəsində şagirdlər öz əlləri ilə dizayn etdikləri köynəklər, papaqlar və plakatlarla Qazax şəhərinin mərkəzi küçəsində fləş-mob keçiriblər. Onlar əhaliyə bullinqə qarşı maarifləndirici çağırışlar edib, əl-ələ tutaraq həm mahnı oxuyub, həm də rəqs ediblər. Tədbir boyu polis əməkdaşları tərəfindən təhlükəsizlik tam şəkildə təmin olunub.

Layihənin rəhbəri Nailə Əfəndiyevanın sözlərinə görə, bu fəaliyyət şagirdlərə sadəcə sosial məsuliyyət hissini aşılamaqla qalmayıb, həm də onlara haqsızlığa qarşı sivil şəkildə etiraz etməyin yollarını öyrədib.

Nailə Əfəndiyeva qeyd edib:

"Uşaqlar bu aksiyada həm özlərini ifadə etdilər, həm də real həyatda sosial ədalətsizliklərə qarşı necə mübarizə aparmağın yollarını öyrəndilər. Onların psixologiyasına bu cür çıxışlar çox müsbət təsir edir".

Təlimçi Şəlalə Məhərrəmova da layihə boyunca şagirdlərlə birgə çalışaraq onların təşəbbüslərinə dəstək olub, təşəbbüskarlıq və komanda ruhunu gücləndirib.

Bu layihə həm də bullinqin qarşısının alınmasında təkcə məktəblərin deyil, cəmiyyətin də böyük məsuliyyət daşıdığını bir daha göstərib.

1 /5

Şərhlər

Xəbər lenti

19 may, 17:48

AzMİU-da üç yeni laboratoriya istifadəyə verilib

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:09

BMU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı infosessiya keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 17:00

Təhsillə inkişaf edən Qarabağ 

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

19 may, 14:05

STEAM'ool olimpiadasına qeydiyyat başlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.