Bütün xəbərlər
24 yanvar, 19:45

“İnklüziv təhsilin uğurla tətbiqində təhsilverənlərin rolu danılmazdır. Bu yanaşmanı müxtəlif tədqiqatlar da təsdiqləyir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda panel müzakirələr zamanı Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin əməkdaşı Rəbiyyə Museyibzadə deyib.

O bildirib ki, Avstraliyada aparılan bir tədqiqat sağlamlıq imkanları məhdud şəxslərin uğur qazanacağına inanan və inanmayan müəllimlərin şagirdlərinin nəticələri arasında ciddi fərqlər olduğunu göstərib. Belə ki, Müəllimlərin daha çox inandığı şagirdlər qiymətləndirmələrdə daha yaxşı nailiyyətlər əldə ediblər. Bunun əksinə, müəllimlərin qərəzli (stereotipli) yanaşmaları tədris prosesinə birbaşa və ya dolayı şəkildə təsir edə bilər:

“Məsələn, bəzi müəllimlər belə şagirdlərə əlavə tapşırıqlar verməkdən çəkinir və ya onların inkişaf potensialını yanlış qiymətləndirirlər. Buna görə də, müəllimlərin yanaşmaları və onların şagirdlərlə davranışları inklüziv təhsilin müvəffəqiyyətində çox böyük rol oynayır”.

O əlavə edib ki, Azərbaycanda da inklüziv təhsilin inkişafı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir. Xüsusilə ümumtəhsil pilləsində potensial imkanların araşdırılması üzrə tədqiqatlar aparılır və müxtəlif layihələr reallaşdırılır.

“Həmçinin təhsilverənlərin peşəkar inkişafının dəstəklənməsi üçün müxtəlif proqramlar həyata keçirilməkdədir. Bu təşəbbüslər inklüziv təhsil mədəniyyətinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.