Bütün xəbərlər
25 iyul, 09:35

Bakı Mühəndislik Universitetində (BMU) yay təcrübə proqramında iştirak edən koreyalı tələbələrlə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı BMU-nun rektoru Yaqub Piriyev Koreyanın İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış saziş çərçivəsində gerçəkləşən təcrübə proqramının önəmindən danışıb. 

Bildirib ki, təcrübə proqramı tələbələr üçün yay semestri ərzində tədris və praktik biliklər əldə etmək, o cümlədən biliklərin inteqrasiyası baxımından unikal fürsət yaradır. Yaqub Piriyev belə təcrübə proqramlarının multikultural dəyərlərin mənimsənilməsi aspektindən də vacib olduğunu söyləyib. BMU və İNHA Universiteti arasında qurulmuş əməkdaşlığın təkcə təhsil sahəsində deyil, həm də qlobal miqyasda aktual olan iqlim dəyişikliyi problemlərinə qarşı ortaq elmi yanaşmaların inkişaf etdirilməsinə yönəldiyini deyən rektor ötən il Azərbaycanda keçirilmiş COP29 iqlim tədbirinin dünyanın ekoloji problemlərinə diqqətin artırılması baxımından əhəmiyyətini vurğulayıb. O, tələbələri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bərpaolunan enerji mənbələrinin payının artırılması üçün görülən işlər, hədəflər barədə də məlumatlandırıb.

Görüşdə BMU və İNHA Universiteti arasında bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının uğurlu icrasından bəhs olunub.

Sonra tələbələrin təcrübə müddətində iştirak etdikləri akademik fəaliyyətlər, yer aldıqları layihələr və qazandıqları praktiki biliklər ətrafında fikir mübadiləsi aparılıb.

İNHA Universitetinin enerji resursları mühəndisliyi ixtisasının tələbəsi An Hyejin, siyasi elmlər və beynəlxalq münasibətlər ixtisasının tələbəsi Jin Yeongmin təcrübə müddətində əldə etdikləri nəticələrdən danışıb, BMU-nun mühitindən, müəllim və tələbə heyətinin onlara göstərdiyi diqqətdən razı qaldıqlarını deyiblər. Tələbələr Azərbaycan, onun mədəniyyəti, milli mətbəxi haqqında xoş təəssüratlarını da bölüşüblər.

Sonda tələbələrə xatirə hədiyyələri təqdim edən rektor onlara gələcək təhsilləri ilə bağlı tövsiyələr verib.

1 /3

Şərhlər

Xəbər lenti

26 iyul, 09:42

Azərbaycan komandası Avropa çempionu oldu

25 iyul, 22:14

Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar

25 iyul, 18:05

Şahin Bayramov: Prezidentin təşəbbüsü yüksəkixtisaslı kadr hazırlığının stimullaşdırılması baxımından son dərəcə əhəmiyyətlidir

25 iyul, 16:51

Bir məktəbdən 7 qızıl nişan – Uğurlu məzunların hekayələri

25 iyul, 15:48

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri 

25 iyul, 15:36

SABAH qruplarına qəbulda buraxılış və qəbul imtahanlarının nəticələri nəzərə alınacaq

25 iyul, 15:17

Nicat Məmmədli: SABAH qrupları yaradılarkən universitetlərin də göstəriciləri əsas götürüləcək

25 iyul, 15:12

Peşə təhsilində ilk: Beynəlxalq sertifikatlı ixtisaslar üzrə tələbə qəbulu başladı

25 iyul, 15:00

Məktəbdə uğur doğum tarixindənmi asılıdır?

25 iyul, 14:57

BSU bu regiondan olan tələbələrinə xüsusi təqaüd verəcək

25 iyul, 14:49

Doktorantura səviyyəsində də SABAH qrupları yaradılacaq

25 iyul, 14:45

Özəl ali məktəblər SABAH proqramına qoşulacaq

25 iyul, 12:55

400 balı necə topladılar? – Məqsədli gənclər uğurlarının sirlərini paylaşırlar

25 iyul, 12:40

“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub

25 iyul, 12:13

Sabahın hava proqnozu açıqlanıb

25 iyul, 11:07

Məktəblilərimiz Beynəlxalq Fizika Olimpiadasında uğur qazanıblar

25 iyul, 10:49

400 bal toplayan abituriyent: İT mütəxəssisi olmaq istəyirəm

25 iyul, 10:44

SABAH qrupları üzrə ixtisasların istiqamətləri genişlənib – Nazirin müşaviri 

25 iyul, 10:41

Nicat Məmmədli: Artım tələbələrin sosial rifahının daha da yüksəlməsinə səbəb olacaq

25 iyul, 10:19

MDU və İRİA arasında əməkdaşlıq görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.