Bütün xəbərlər
29 may, 14:56

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin təşəbbüsü ilə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin IX sinif şagirdi Fərid Nəzərli BSU-da keçirilən elmi seminarda iştirak edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu təşəbbüs universitetin “Konstitusiya və Suverenlik İli” çərçivəsində 5 mart tarixində BSU-da təşkil olunan “Yeni dövrün Azərbaycanı” mövzusunda şagirdlərlə keçirilmiş görüş zamanı yaranıb. Görüşdə çıxış edən Fərid Nəzərli türkoloji tədqiqatlara xüsusi maraq göstərdiyini bildirərək bu sahədə mütəxəssislərlə elmi müzakirələr aparmaq arzusunu ifadə edib. Onun bu elmi marağı BSU rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və Fərid universitetə dəvət olunub.

Mayın 26-da BSU-da Fərid Nəzərlinin marağını təşviq etmək məqsədilə “Qədim türk əlifbası və ədəbi dili” mövzusunda elmi seminar keçirilib. Seminar zamanı gənc tədqiqatçı kimi çıxış edən Fərid qədim türk dili və əlifbası ilə bağlı mütəxəssislərə maraqlı suallar ünvanlayıb və seminarın elmi məzmununa töhfə verib. Onun fəallığı və elmi marağı seminar iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bildirilib ki, Fərid, eyni zamanda, BSU-nun “Konstitusiya və Suverenlik İli” Tədbirlər Planı çərçivəsində keçirilən “Yeni dövrün gəncliyi” mövzusunda I Respublika tələbə-şagird elmi-praktik konfransında iştirak edib və panel müzakirələr zamanı çıxış edən iştirakçılardan biri olub.

1 /2

Şərhlər

Xəbər lenti

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

30 may, 15:07

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.