
“Kadr ehtiyatının formalaşdırılması məqsədilə tələbələrin potensialını aşkarlamaq, məzunları müxtəlif yollarla universitetin idarəçiliyinə cəlb etmək fikrindəyik”.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universietinin rektoru Cəfər Cəfərov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.
Rektor əlavə edib ki, universitetin fəaliyyətini gücləndirməyə yönələn təşəbbüsləri davam etdirəcəklər: “Ali təhsil müəssisələri kimi biz də fəaliyyətimizi yaxşılaşdırmaq üçün çoxsaylı təşəbbüslər göstəririk. Pedaqoji Universitet olaraq fənn proqramlarının yenilənməsi, gənc və təşəbbüskar müəllimlərin işə cəlb olunması, dünya təcrübəsinin öyrənilməsi ilə bağlı işlər görürük. Yeni dövrün tələbləri qarşısında bunlar kifayət deyil. Bu tələblərə cavab verə bilmək üçün gənclərimiz biliklərlə yanaşı, liderlik, ünsiyyət kimi bir sıra vacib bacarıqlara yiyələnməlidirlər. Bunlar əmək bazarının vacib tələbləridir. Bir sıra tədbirlərlə gənclərimizin həmin bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Prosesin özü onlara təcrübə qazandırır”.
Universitetinin “Gələcək təhsil liderləri” müsabiqəsini xatırladan rektorun fikrincə, həyata keçirdikləri layihə təhsil müəssisəsinin bu istiqamətdəki ən böyük təşəbbüsüdür: “Ölkə üzrə “Yüksəliş” müsabiqəsinin təhsil sistemindəki prototipi olan “Sən də bacararsan” şüarı ilə keçirilən liderlik proqramı öz bəhrəsini verir. Tələbələrimiz bu prosesi keçdikdən sonra özlərinə inamları artır, çalışacaqları kollektivlərdə özlərini daha yaxşı göstərirlər. Ötən ilin məzunları ilə bağlı artıq nəticələr var. İşəgötürənlərdən müstət geridönüşlər alırıq. Gəldiyimiz qənaət budur ki, yeni dövrün tələblərinə uyğun nəsil yetişdirmək istəyiriksə, birbaşa işimiz olan tədrisin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, vacib bacarıqların inkişafına xüsusi diqqət yetirilməlidir”.
Rektor həmin uğurlu tələbələr arasından işə dəvət etdiklərini də deyib: “Universitetimizlə bağlı bəzi təkliflər edirik, amma onlar artıq buradakı işləri bəyənmirlər, daha yaxşı təklifləri dəyərləndirirlər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər