
Mayın 18-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və "NigART" Rəsm Məktəbinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Rəqəmsal rənglər" adlı rəsm sərgisi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, qonaqları salamlayan “NigART” Rəsm Məktəbinin direktoru Nigar Qurbanova sərgidə 42 uşağın əl işlərindən ibarət rəsmlərin nümayiş olunduğunu qeyd edib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov sərginin keçirilməsində məqsədin uşaqların süni intellekt, robototexnika və innovasiya mövzularına marağını artırmaq olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin təhsilə, incəsənətə və gənc nəslin inkişafına həmişə xüsusi diqqət ayırdığını vurğulayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov rəsmlərdə süni intellektin müxtəlif sahələrdə tətbiqi imkanlarının şagirdlər tərəfindən uğurla təsvir edildiyini bildirib.
Sonda balaca rəssamlara sertifikatlar təqdim edilib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər