Bütün xəbərlər
20 may, 15:22

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 2025/2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, seçiləcək professor-müəllim heyətinin vəzifələri aşağıdakılardır: 

  • Bakalavriat səviyyəsində keyfiyyətli tədrisin aparılması; 

  • Kurs sillabusunun hazırlanması; 

  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi; 

  • SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi; 

  • Müvafiq ali təhsil müəssisənin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi; 

  • Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.

  • Müsabiqədə iştirak etmək üçün tələblər: 

  • Ən azı magistr dərəcəsinə malik olması;

  • Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması;

  • Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə hərtərəfli biliyə və müasir ədəbiyyatla tanışlığa malik olması;

  • Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;

  • İnnovativ tədris metodlarını tətbiq edə bilməsi;

  • Tədrisdə müasir pedaqoji yanaşmalardan istifadə edə bilməsi;

  • Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;

  • Dinamik, təşəbbüskar, pozitiv olması;

  • Geniş dünya görüşü və SABAH qruplarında müvafiq fənni tədris etməsi üçün xüsusi motivasiyanın olması. 

Qeyd edilən vəzifə və tələblərə uyğun gələn namizədlər aşağıdakıları nəzərə almalıdır: 

  • İngilis dili fənni üzrə tədris kvalivkasiya sertifikatlarının (TKT, TESOL, CELTA, DELTA və s.) olmasına üstünlük veriləcək;

  • SABAH qruplarında tədrisin aparılmasının onun əsas iş yeri ilə razılaşdırılması öhdəliyi müraciət edənin üzərinə düşür;

  • Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər;

  • Vakant fənlərin siyahısına "Fənlər"bölməsində baxa bilərsiniz;

  • Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;

  • Qeydiyyat ilə bağlı sual yarandıqda teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz;

  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə qeydiyyat bağlandıqdan sonra 15 iş gün ərzində əlaqə saxlanılacaq;

  • Müsahibə mərhələsi 3 meyar üzrə (sahə üzrə bilik və bacarıqlar, SABAH qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları və təqdimat bacarıqları) aparılacaq;

  • Bu seçim müvafiq fənn üzrə yalnız 2025/2026-cı tədris ilinin payız semestrində tədrisini nəzərdə tutur və növbəti tədris ilində (və ya semestrində) Sizin bu fənni tədris etməklə bağlı öhdəliyiniz, SABAH qrupları layihəsi İcra Komitəsinin isə mütləq təminatı yoxdur. 

Müsabiqədə iştirak üçün son müraciət tarixi – 31.05.2025-ci il, 23:59

Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir. 

Şərhlər

Xəbər lenti

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

18 iyul, 12:29

150 illik miras - “Əkinçi” bağlandı, amma gözlər açıldı

18 iyul, 12:26

Sabahın hava proqnozu açıqlanıb

18 iyul, 12:13

Arzularla başlayan yol qızıl mükafatla tamamlandı – Uğur hekayələri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.