
9 aprel saat 15:00-dan etibarən Respublika fənn olimpiadalarının (RFO) final turunda iştirak hüququ qazanan şagirdlər üçün buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, buraxılış vərəqələrinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək. Buraxılış vərəqəsi əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər