Bütün xəbərlər
28 fevral, 10:16

Məlum olduğu kimi, Yüksək Texnologiyalar Parkı ərazisində “SABAH.city” şəhərciyi yaradılır. 2026-cı ildən etibarən SABAH qruplarının proqramları burada tədris olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə 3 mərhələdə icra olunacaq. Şəhərcikdə konfrans mərkəzləri, startaplar üçün məkanlar, tədqiqat və inkişaf laboratoriyaları, tədris sahələri, ictimaiyyət üçün nəzərdə tutulmuş zonalar və idman mərkəzləri yaradılacaq. Bu yanaşma müxtəlif sahələrin qarşılıqlı əlaqəsini təmin edəcək dayanıqlı ekosistemin formalaşmasına imkan yaradacaq.

İlk mərhələ – 2024-2026-cı illər:

– SABAH.city-nin yaradılması məqsədilə 4 hektar ərazidə ilkin infrastruktur qurulacaq.

– Startup inkubatorları, akseleratorlar, vençur studiyaları, vençur kapital fondları və texnologiya transfer ofisləri fəaliyyətə başlayacaq.

– Aparıcı dövlət və özəl təhsil müəssisələri, eləcə də innovativ şirkətlər SABAH.city-nin ilk sakinləri kimi fəaliyyət göstərəcəklər.

İkinci mərhələ – 2026-2029-cı illər:

– Şəhərciyin ərazisi 15 hektara qədər genişləndiriləcək, yeni imkanlar yaradılacaq.

– SABAH.city-də qabaqcıl tədqiqat mərkəzləri, müasir data mərkəzləri və innovativ birgə iş məkanları qurulacaq.

– Şəhərcikdə fəaliyyət göstərəcək aparıcı dövlət və özəl təhsil müəssisələri, eləcə də innovativ şirkətlərin əhatə dairəsi genişləndiriləcək.

Üçüncü mərhələ – 2029-cu ildən sonra:

– İnfrastruktur 20 hektara qədər genişləndiriləcək, məkan və resurslardan optimal istifadə təmin olunacaq.

– Beynəlxalq innovativ şirkətlər regional ofislərini açaraq SABAH.city-nin qlobal miqyasda nüfuzunu artıracaq.

– SABAH.city regionun aparıcı tədqiqat, inkişaf və innovasiya mərkəzi kimi mövqeyini möhkəmləndirəcək.

Qeyd edək ki, bir müddət əvvəl Yüksək Texnologiyalar Parkı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında "SABAH.city" layihəsi çərçivəsində əməkdaşlığa dair Anlaşma Sazişi imzalanıb.

1 /8

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.