Bütün xəbərlər
13 mart, 11:11

Bu yaxınlarda bir müəllimlə tanış oldum. Qubadlı rayonunda anadan olmuş, uşaqlıqdan coğrafiyaya böyük marağı, peşəsinə sonsuz sevgi ilə bağlı olan Sevinc Paşayeva. Hər zaman öz üzərində işləyən, həyata münasibətini nikbinlik və mübarizə ruhu üzərində quran bir qadın, ana və müəllim. 1982-ci ildə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Sevinc Paşayeva qarşısına çıxan müxtəlif çətinliklərə baxmayaraq, müəllimlik yolundan dönməyib, hətta ən ağır vaxtlarında belə təhsilin müqəddəsliyinə inanıb və bu inancdan güc alıb: “Coğrafiyaya və uşaqlara marağım, hələ tələbəlik illərindən mənə yol göstərdi. Sinfə ilk dəfə daxil olduğum anı heç vaxt unutmuram. Həmin günkü həyəcan da, sevinc də, məsuliyyət də indi kimi gözlərimin önündədir”.

Qubadlıdan Mingəçevirə uzanan yol

O, ilk dəfə Qubadlı rayonunda müəllimliyə başlamış, orada 9 il dərs deyib. Lakin müharibə illərinin çətinliyi onu da, ailəsini də sınağa çəkib. Həyatını, evini, doğma el-obasını itirmək təhlükəsi ilə üzləşsə də, pedaqoji fəaliyyətinə ara verməməyə çalışıb. Müharibə dövründə şagirdlərinin cəbhədə olan valideynlərini, yaxınlarını düşünərək onlara mənəvi dəstək olub, ümidsizliyə qapılmamaları üçün dərsdən sonra onlarla ayrıca söhbətlər etmək əsas vəzifələrindən olub.

“Bəlkə də ən ağır günlərimi Qubadlıda gördüm. Şagirdlərimlə bərabər yaşadığımız ağrılar, itkilər həmişə yadımdadır. Amma uşaqların üzündəki saf gülüş, gözlərindəki ümid məni özümə gətirirdi. Hər dəfə özümə deyirdim ki, uşaqların qəlbinə sevgi və bilik toxumu səpməkdən vaz keçməməliyəm”.

Nəticədə torpaqların işğalı səbəbindən ailəsi ilə birlikdə Mingəçevir şəhərinə köçməli olub və 14 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi yenidən pedaqoji fəaliyyətini davam etdirib.

Müəllimlik peşəsinə sönməz sevgi

S.Paşayeva ali təhsilli mütəxəssis olmaqla yanaşı, eyni zamanda daim öz üzərində işləməyə, yeni biliklər əldə etməyə çalışıb. Müharibənin ağır dövrü və sonrakı qaçqınlıq şəraitində də təhsildən və müəllimlik sevgisindən uzaqlaşmayıb, əksinə, vəziyyət necə olur-olsun, uşaqlarla çalışarkən onlara həm bilik, həm də mənəvi dəstək verməyə önəm verib.“Mən hər zaman düşünmüşəm ki, yaş, şərait və digər faktorlar heç vaxt məqsədlərimə mane ola bilməz. Şərait çətin olanda belə, insan özünü inkişaf etdirmək üçün fürsətlər axtarmalıdır. Uşaqlara hər mövzunu sevdirərək öyrətmək, onları vətənpərvər, savadlı, dəyərli vətəndaş kimi yetişdirmək mənim başlıca amalımdır”.

“Müəllimlik peşəsini sevgidən miras almışam”

Sevinc müəllim uşaqlığından  müəllim peşəsini “müqəddəs yol” kimi dəyərləndirib. Valideynləri hər zaman onu mütaliəyə, dünyagörüşünü genişləndirməyə həvəsləndirib. Ailədə böyük-kiçiyə hörmət, el-obaya sevgi, məktəbə, kitaba dəyər verən bir mühit olub. Bu mühit onda gələcəkdə təhsil sahəsinə olan sevgini daha da möhkəmləndirib:
“Mən hər səhər məktəbə gedərkən eyni hissləri yaşayıram: məsuliyyət, həyəcan və sevgi. Bu peşəyə sanki illər öncə yox, hər gün yenidən başlayıram. Hər bir uşağın həyatına müsbət təsir göstərmək, onu gələcəkdə uğurlu bir şəxsiyyət kimi görmək ən böyük arzumdur”.

Davamlı inkişaf və uğurlar

Uzun müddətdir ki, 14 nömrəli tam orta məktəbdə dərs deyir, baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini kimi məsul vəzifələrdə çalışıb. Bütün bu illər ərzində daim yeniliklərə açıq olub, kurikulum metodunu, yeni təlim texnologiyalarını öyrənməyə, tətbiq etməyə səy göstərib. Onun dərs dediyi şagirdlər yüksək nailiyyətlər qazanıb, müxtəlif müsabiqələrdə iştirak ediblər.

“Şagirdlərimdən hansısa birinin uğuru, onların ali məktəblərə qəbul olub karyeralarında irəliləməsi mənim üçün ən böyük hədiyyədir. Hər dəfə şagirdlərimizn sevincini görəndə, düşünürəm ki, müəllimlik qədər şərəfli, gözəl peşə yoxdur”.

O, qarşılaşdığı ən ağır günlərdə belə “artıq gecdir” fikrinə qapılmayıb. İkinci Qarabağ müharibəsi dövründə də  yenə eyni inamla şagirdlərin yanında olub, onların gələcəyini qurmağa dəstək verib.

“Mən həyatımı dəyişən müharibələrin ağrı-acısını yaşamışam, amma heç zaman ruhdan düşməmişəm. Elə düşünürəm ki, insan istədiyi məqsədə doğru inamla addımlamalıdır. Çünki heç vaxt gec deyil. Hər zaman uşaqlara deyirəm: böyük arzular qurun, onlara çatmaq üçün daim çalışın!”

Şagirdlərlə doğma münasibət

Onun pedaqoji fəaliyyətinin əsas mayası uşaqlarla sıx ünsiyyət üzərində qurulub. Müəllimlik ondan ötrü təkcə bilik ötürmək deyil, eyni zamanda mənəvi dəyərləri formalaşdırmaq, müharibə kimi sarsıntılı hadisələrlə üzləşən uşaqlara psixoloji dayaq olmaq deməkdir. Şagirdlərlə məktəbdən kənarda da görüşür, onların ailə vəziyyətinə, problemlərinə maraq göstərir, mümkünsə, yardım edir.

“Məktəbdən kənarda da onların qayğısına qalmaq, bir müəllim kimi məsuliyyətimdən irəli gəlir. Çünki uşaqlar məktəbdə nə qədər bilik əldə edirsə, bir o qədər də şəxsiyyət kimi formalaşır. Onların gələcəyinə yön vermək, nümunə olmaq, daim yanlarında olmaq əsas vəzifəmizdir”.

Beləcə, Sevinc Paşayevanın 1982-ci ildə başladığı müəllimlik yolu müharibə fırtınalarından, köçkünlükdən, müxtəlif çətinliklərdən keçməsinə baxmayaraq, onun peşəyə olan sevgisini heç vaxt azalda bilməyib. O, əməyinin bəhrəsini şagirdlərinin uğurlarında görür, onların böyüyüb vətənə layiqli vətəndaş kimi yetişməsindən qürur duyur.

Yaşının artmasının qarşısına məqsəd qoymasına, mütaliə etməsinə, texnologiyadan istifadəyə və özünü təkmilləşdirməyə mane olmadığını vurğulayır. Onun sözlərinə görə, insan istər 26 illik, istərsə də 9 illik fasilə versin, yenidən başlayıb uğur qazana bilər: Yetər ki, oxumaqdan, öyrənməkdən, inam və sevgidən əl çəkməsin!

Şərhlər

Xəbər lenti

15 mart, 14:28

Peşə məktəblərinin rəhbər vəzifələrində işləmək istəyən 562 nəfər imtahan verib

15 mart, 13:15

Bərdədəki bağçada uçqun olmayıb - RƏSMİ AÇIQLAMA 

15 mart, 13:06

Milli Hakatona 250 min şagird qeydiyyatdan keçib

15 mart, 11:35

Leyla Əliyeva və Arzu Əliyeva Çin dili təhsili alan tələbələrlə görüşüblər

15 mart, 09:35

Kimdir qalib? - Universitetlərarası Azərbaycan Çempionatından REPORTAJ

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.