Bütün xəbərlər
15 noyabr, 17:01

COP29-un Azərbaycanda keçirilməsi cəmiyyətin diqqətini ekoloji mövzulara yönəltməklə yanaşı, vətəndaşların ekoloji məsuliyyət hissinin də artmasına imkan verir. Bu beynəlxalq tədbirlə əlaqədar məktəblərdə həyata keçirilən ekoloji yönümlü kampaniyalar şagirdlərin bu məsuliyyət hissini daha dərindən dərk etməsinə, ekoloji şüurlarının inkişaf etməsinə, ekoloji problemlərin həllində daha aktiv rol oynayacaq nəsillərin yetişməsinə  yardım edir. 

Bu baxımdan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə keçirilən tədbirlərin hər biri COP29 məqsədləri ilə birbaşa əlaqələndirilib. 

Balakən rayon Nəsimi adına 2 nömrəli məktəbdə keçirilən "Sizə bir ömür borcluyuq" adlı tədbirin məqsədi şagirdlərdə təkcə vətənpərvərlik hisslərini gücləndirmək deyil, həm də ekoloji məsuliyyət anlayışını artırmaq idi. Tədbirin sonunda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirildi. Bu aksiyada "Yaşıl könüllülər" və "Uşaq Səfirlər Məclisi"nin regional nümayəndələri iştirak etdilər.

Balakən rayonu üzrə məktəbəqədər təhsil müəssisələrində təşkil olunan "Asfalt üzərində rəsm" müsabiqəsinin məqsədi uşaqların estetik zövqlərini inkişaf etdirmək və onları erkən yaşdan təbiətə olan sevgiyə öyrətmək idi. Belə müsabiqələr məktəblərdə ekoloji təbliğat işinin bir hissəsi olaraq, təbiət mövzularını uşaqların düşüncələrinə inteqrasiya edir.

İdarənin dəstəyi ilə keçirilən "ECOVELOFEST"də isə yüzlərlə qadın təhsil işçisi iştirak edib. Ekoloji həyat tərzinin təbliğinə yönələn bu tədbir həm də qadınlar arasında həmrəylik ruhunu gücləndirməyə xidmət edib.

Oğuz rayon Bucaq kənd tam orta məktəbində "Yaşıl iqtisadiyyat və yaşıl şəhər" mövzusunda olan konfrans şagirdlərin ekoloji problemləri və onların həll yollarını daha dərindən anlamasına şərait yaradıb. Konfrans iştirakçılarının təqdimatında ekoloji problemlərə həssas vətəndaş formalaşdırmağın yolları təklif edilib və bununla bağlı müzakirələr aparılıb.

Şəki Olimpiya İdman Kompleksində keçirilən “STEAM” və peşə təmayüllü siniflərin yaradıcılıq festivalında yüzlərlə şagird, müəllim müxtəlif sahələr üzrə olan layihə və ideyalarını nümayiş etdirərək həm elmi texnologiyalara, həm də ekoloji məsələlərə qarşı maraq oyadıblar. Festivalın bədii hissəsində şagirdlər ekoloji məzmunlu mahnılar, şeirlər və rəqs nömrələri nümayiş etdiriblər. 

COP29-un Azərbaycanın təhsil sistemində yaratdığı ən böyük təsirlərdən biri şagirdlərdə təbiətə qarşı məsuliyyətli davranış formalaşdırmaq və onlara ekoloji problemlərin həllində aktiv iştirakçı ola bilməyi öyrətməkdir. Bu baxımdan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkil etdiyi tədbirlər böyük əhəmiyyətə malikdir və bu cür layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Təhsil müəssisələrində tətbiq edilən bu ekoloji proqramlar COP29-un əsas məqsədlərindən olan ekoloji maarifləndirmə işini gücləndirərək Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəsində dəstəkləyici rol oynayır.

1 /6

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.