
“2000-ci illərin əvvəllərində hər 1062 şagirdə bir kompüter düşürdü. Lakin bu gün bu göstərici əhəmiyyətli dərəcədə yaxşılaşıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı son illərdə təhsilin rəqəmsallaşması və inkişafı sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Nazir müavini gələn il hər 6 şagirdə bir kompüter ayrılmağının qarşıya məqsəd qoyulduğunu bildirib: “Bu dəyişiklik təsadüfi deyil. Belə bir nailiyyətə uzaqgörən dövlət siyasəti və məqsədyönlü fəaliyyət nəticəsində nail olunub”.
Firudin Qurbanov vurğulayıb ki, bu, böyük bir insanın – ümummilli lider Heydər Əliyevin zəhməti və gələcəyə hesablanmış baxışının nəticəsidir:
"Bu gün də onun ideya və siyasi irsi həm siyasətçilər, həm alimlər, həm də sadə vətəndaşlar tərəfindən öyrənilir və dəyərləndirilir. Bu uğurun əsasında iki əsas amil dayanır: dövlətin idarəetmə məharəti və dəyişən dünyaya uyğun strateji yanaşmaların müəyyənləşdirilməsi. Bu gün həmin siyasi kurs ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir və çağdaş dünyadakı yeni çağırışlara uyğun strategiyalar həyata keçirilir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər