Bütün xəbərlər
17 iyun, 18:01

Respublika fənn olimpiadalarında (RFO) uğur qazanan məktəblilər arasında Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayonu Ərçivan qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Əliəkbər Ağayev və Cəlilabad şəhəri 8 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Hüseyn Qasımov da yer alır. Bu olimpiadada Əliəkbər biologiya, Hüseyn isə coğrafiya fənni üzrə bürünc medal qazanıb. 

“Azərbaycan müəllimi” olaraq biz hər iki məktəbli ilə söhbətləşib onların qazandıqları təcrübə, keçdikləri hazırlıq mərhələləri, qarşılaşdıqları çətinliklər və gələcək planları haqqında öyrəndik.

Əliəkbər Ağayevin biologiya fənninə marağı elə məktəbdə, dərs mühitində yaranıb. Onun sözlərinə görə, bu marağı onda biologiya müəllimi Firuzə Vəliyeva formalaşdırıb, 7-ci sinifdə fənn müsabiqəsində qızıl medal qazandıqdan sonra biologiyaya olan marağı daha da artıb. Olimpiadaya hazırlıq prosesində qarşılaşdığı əsas çətinlik isə vaxt azlığı olub. O bildirir ki, buraxılış imtahanına görə olimpiadaya çox vaxt ayıra bilməyib. 

Uğura gedən yolda isə onu ailəsi, müəllimi və məktəbin direktoru daim dəstəkləyib. Əliəkbər inanır ki, bu yolda qazandığı biliklər gələcəkdə savadlı bir mütəxəssis olmasına yardım edəcək. Öz yaşıdlarına bu tövsiyəni verir: “Çox çalışsınlar və özlərinə inansınlar”.

Coğrafiya fənni üzrə olimpiadada uğur qazanan Hüseyn Qasımov da uğurun asan əldə olunmadığını vurğulayır: “Əvvəlcə onu demək istərdim ki, uğura gedən yol çətin yoldur. Bu yol hər birimizdən əzmkarlıq istəyir. Bunun üçün hər birimiz səbirli olub, çox çalışmalıyıq. İnanıram ki, hər bir əziyyətin, həmişə olduğu kimi, qarşılığı olacaq”.

Onun coğrafiyaya marağı müəllimi Cəbrayıl Ağazadənin adı ilə bağlıdır. 2023-2024-cü tədris ilində müəllimi bu fənni elə maraqlı və həvəsləndirici şəkildə tədris edib ki, Hüseyn artıq olimpiada səviyyəsinə çatdığını hiss edib. Hüseyn o günləri belə xatırlayır: “Çox çalışdıq, sonda RFO-da 2024-cü ildə gümüş, 2025-ci ildə bürünc medal qazandıq”. 

Hüseyn dərsliklərə çox güvəndiyini deyir. Amma olimpiadaya aid xüsusi test kitablarının ya ümumiyyətlə olmamasının, ya da çox az olmasının çətinliklərini də qeyd etməyi unutmur. Bu çətin və məsuliyyətli yolda Hüseynin ən böyük dəstəkçisi ailəsi və müəllimi olub.

“Həm  ailəm -  atam, anam, qardaş və bacılarım, həm də müəllimim böyük dəstək oldular. İlk vaxtlar ailəmdən və müəllimimdən başqa heç kim olimpiadada yer tutacağıma, finala çıxacağıma inanmırdı. Amma biz çox çalışıb bunu bacardıq”, – deyə Hüseyn bildirir.

Olimpiadada qazandığı biliklərin gələcək planlarına təsiri barədə də danışan Hüseyn qeyd edir: “Öz ixtisasıma uyğun olmasa da, coğrafi biliklər mənə hər zaman lazım olacaq və qazandığım bu uğurların planlaşdırdığım işimə müsbət təsiri olacaq. Hədəfim iqtisadçı olmaqdır. Olimpiadada uğur əldə etmək üçün həvəs və maraq olmalıdır. Müəllimin dəstəyi çox vacibdir. Yaşıdlarıma tövsiyə edərdim ki, çox çalışsınlar, əzmkar olsunlar. Bu yolda ən böyük kömək dərslik vəsaitlərindən və müəllimin tapşırıqları, dərslərindən gəlir. Coğrafiya fənni üzrə isə dərsliklə yanaşı xəritəni “su kimi” bilmək vacibdir. Əgər kim xəritəni yaxşı bilirsə, yanındakı dostlarından öndədir”.

Belə gənclərin hekayələri bir daha göstərir ki, istənilən uğurun arxasında zəhmət, inad, dəstək və özünə inam dayanır. İnanırıq ki, onlar da hədəflərinə çatacaqlar və bu yolda qazandıqları bilik və bacarıqlar gələcəkdə böyük nəticələr verəcək.

Şərhlər

Xəbər lenti

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

11 iyul, 11:35

Bağçalara qəbul başlayır

11 iyul, 11:30

İzmirdə ikili diplom proqramının akademik heyəti və məzun tələbələrlə görüş keçirilib

11 iyul, 11:25

Gəncədə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

11 iyul, 11:10

“HTP sayəsində ölkəmizi layiqincə təmsil etməyə çalışdım” – Çində təhsil alan tələbə

11 iyul, 10:49

Peşə təmayüllü siniflərdə çalışmaq istəyənlərin NƏZƏRİNƏ!

11 iyul, 10:20

Peşə təhsili müəssisələrinin müəllimləri Türkiyədə təlimdə iştirak ediblər

11 iyul, 10:17

Çinin Beihang Universitetində BMU ilə əməkdaşlıq görüşü keçirilib

11 iyul, 10:10

Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.