Bütün xəbərlər
26 may, 09:54

Mayın 22-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində universitetin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Əminağa Sadıqov qonaqları salamlayaraq onlara Sumqayıt şəhəri və SDU haqqında ətraflı məlumat verib. Bildirib ki, gənclər şəhəri olan Sumqayıt Azərbaycanın mühüm sənaye mərkəzlərindən biridir, sürətlə inkişaf edir və daim genişlənir. Sumqayıtda yerləşən sənaye müəssisələri ilə əməkdaşlıq çərçivəsində SDU-nun professor-müəllim heyəti və tələbələri müxtəlif təcrübə proqramlarında iştirak edirlər, tədrisin məzmununun yenilənməsində onların təcrübəsindən istifadə edilir. SDU Sumqayıtın sənaye potensialına uyğun olaraq, yüksəkixtisaslı kadrların hazırlanmasını həyata keçirir.

Əminağa Sadıqov 2024-cü ilin nəticələrinə əsasən, SDU-nun QS-in Avropa Universitetlərinin Reytinqində 483-cü, Qərbi Asiya universitetləri arasında isə 31-ci yerdə qərarlaşdığını qonaqların diqqətinə çatdırıb. Həmçinin universitetin beynəlxalq əlaqələrinin son dövrlərdə daha da genişləndirilməsini və xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edildiyini vurğulayıb. Malatya Turqut Özal Universiteti ilə SDU arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ortaq akademik fəaliyyətlərin təşkilinin bir göstəricisi olaraq “Türkdilli dövlətlərin iqtisadi resurslarından səmərəli istifadənin aktual problemləri” mövzusunda I Beynəlxalq elmi konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb və birgə əməkdaşlığa görə təşəkkürünü bildirib.

Daha sonra Malatya Turqut Özal Universitetinin rektoru, professor Recep Bentli səmimi qəbula görə təşəkkürünü bildirib və rəhbərlik etdiyi universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, Malatya Turqut Özal Universiteti Türkiyədə fəaliyyət göstərən 208 universitetdən biridir və Malatya şəhərində təsis olunmuş ikinci ali təhsil müəssisəsidir. Gənc universitet olmasına baxmayaraq, universitetin akademik heyətinin əzmkarlığı, eləcə də göstərilən ciddi səylər nəticəsində reytinqlərdə əhəmiyyətli yüksəlişə nail olunub. SDU-nun və Malatya Turqut Özal Universitetinin prorektorlarının da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

1 /5

Şərhlər

Xəbər lenti

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

27 may, 13:25

Cəmiyyətin yarası: Erkən nikahın izləri 

27 may, 13:08

İllər sonra doğma universitetdə qələbə sevinci yaşayan nənə

27 may, 12:55

Koç Universitetinin rektoru BANM-də olub

27 may, 12:55

Peşə təmayüllü siniflərdə interaktiv dərslər təşkil olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.