Bütün xəbərlər
27 may, 16:25

Dünyanın ən saf, qayğıya ehtiyacı olan fərdləri uşaqlardır. Hər bir uşaq sağlam mühitdə sevgi və qayğı ilə böyüməyə layiqdir. Lakin bəzən cəmiyyətdə azyaşlıların hüquqlarının pozulması, tərbiyə adı altında zorakılığa məruz qalması halları ilə qarşılaşırıq. Zorakılıq və haqsızlığın uşaqların həyatına kölgə saldığı cəmiyyətin ən ümdə məsələsi onların hüquqlarını müdafiə etmək olmalıdır. 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova “Azərbaycan müəllimi”nə bildirib ki, uşaqlara qarşı zorakılığın qarşısının alınması və onların hüquqlarının müdafiəsi üçün cəmiyyətin müxtəlif səviyyələrində dəyişikliklərə və mütəşəkkil tədbirlərə ehtiyac var:
“Uşaqlar cəmiyyətin ən həssas və müdafiəyə ehtiyac duyan üzvləridir. Onların fiziki, emosional və psixoloji rifahı yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Təəssüf ki, bəzi hallarda tərbiyə məqsədilə tətbiq olunan zorakı davranışlar uşaqların inkişafına ciddi mənfi təsir göstərir. Uşaqlara qarşı zorakı davranışlar onların psixoloji və emosional inkişafında dərin izlər buraxır. Belə uşaqlarda özünəinam azalır, qorxu və narahatlıq halları artır, sosial adaptasiya çətinləşir. Onlar bəzən ya aqressiv, ya da qapalı, passiv şəxsiyyətlərə çevrilirlər. Zorakılığa məruz qalan uşaqlarda davranış pozuntuları təhsil nailiyyətlərində geriləməyə səbəb ola və ya gələcəkdə cinayətkarlığa meyil müşahidə edilə bilər.

Pozitiv tərbiyə üsullarına əsaslanmaqla uşaqların zor tətbiq etmədən tərbiyəsi mümkündür. Bu istiqamətdə əsas yanaşmalardan olan açıq və anlayışlı ünsiyyət, uşağın hissləri və fikirlərinə hörmət, davranış modelləri ilə örnək, qaydaların aydın qoyulması, yəni onların səbəbi izah edilərək ardıcıl və ədalətli şəkildə tətbiq olunması, həmçinin müsbət davranışın təqdiri vacibdir”.

O bildirib ki, məktəblərdə və uşaq kollektivlərində baş verən zorakılıq və bullinq hallarının qarşısının alınması, ilk növbədə, maarifləndirmədən başlayır:
“Uşaqlar, müəllimlər və valideynlər üçün bullinqin nəticələri və alternativ davranış üsulları barədə təlimlərin keçirilməsi zəruridir. Bununla yanaşı, təhsil müəssisələrində psixoloji dəstək gücləndirilməlidir. Məktəb psixoloqları şagirdlərin sosial-emosional rifahını izləməli və dəstəkləməli, empatiya, dostluq və qarşılıqlı hörmət kimi dəyərlər təbliğ edilməlidir. 

Uşaq hüquqlarının davamlı və sistemli şəkildə qorunması üçün geniş fəaliyyət aparılmalıdır. Uşaq hüquqları cəmiyyətin bütün təbəqələrində tanıdılmalı, uşağın şəxsiyyət kimi tanınması təmin olunmalıdır. Zorakılığı tərbiyə vasitəsi kimi qəbul edən stereotiplər aradan qaldırılmalıdır. Bu zaman ailə və təhsil sistemi zorakılıqdan uzaq, mehriban və anlayışlı münasibətə əsaslanmalıdır. Ona görə də müəllim və valideynlər davamlı olaraq bu sahədə maarifləndirilməlidirlər”.

K.Aşumova qeyd edir ki, uşaq hüquqlarının müdafiəsi və zorakılıq hallarının azaldılması cəmiyyətin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Bu sahədə real dəyişikliklər yalnız dövlətin, məktəbin, ailənin və vətəndaş cəmiyyətinin birgə səyi ilə mümkündür. O, aşağıdakı maarifləndirmə üsullarının effektiv olacağını düşünür:
“Risk altında olan uşaqların erkən aşkarlanması üçün sosial işçilər, psixoloqlar və hüquq-mühafizə orqanları arasında koordinasiya daha effektiv şəkildə həyata keçirilməlidir. Zorakılıq hallarında müdaxilə və müdafiə mexanizmləri işlək olmalıdır. Kütləvi informasiya vasitələri və sosial mediada uşaqların hüquqlarını müdafiə edən, zorakılığı pisləyən kontentlər yaradılmalı, uşaqlara dair informasiyalar məsuliyyətlə paylaşılmalıdır”.

Uşaqlara qarşı zorakılığın qarşısının alınmasında uzun illərin təcrübəsinə əsaslanan “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin bu sahədə fəaliyyəti haqqında da məlumat verən müsahibimiz bildirir ki, təşkilatın nəzdində uzun illərdir, fəaliyyət göstərən Uşaq Qaynar Xətti – 116111 uşaqlara 24/7 fasiləsiz dəstək göstərir və zorakılığa məruz qalmış uşaqların müraciətlərini qəbul edir. Bu xətt vasitəsilə uşaqlar və onların ailələri istənilən vaxt təhlükəsiz şəkildə yardım ala bilirlər. Bundan əlavə, zorakılığa məruz qalmış uşaqlar üçün fəaliyyət göstərən Zorakılığa Məruz Qalmış Uşaq və Gənclər üçün Sosial-psixoloji Reabilitasiya Mərkəzi mövcuddur. Bu mərkəz uşaqların travmatik vəziyyətlərdən çıxmasına, sosial-psixoloji bərpasına və cəmiyyətə reinteqrasiyasına kömək edir: “Nəticələr göstərir ki, bu layihələr uşaqların təhlükəsizliyinin təmin olunmasında, onların psixoloji sağlamlığının qorunmasında və zorakılığa qarşı mübarizədə effektiv təsir göstərir”, – deyə fikrini yekunlaşdırıb.

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.