Bütün xəbərlər
2 iyun, 10:20

Artıq bir neçə ildir ki, ümumi təhsil müəssisələrinin müəllimlərinin sertifikatlaşdırılması prosesi aparılır. Test və müsahibə mərhələsindən ibarət olan bu prosesdə respublika üzrə yüksək nəticələr əldə edən müəllimlər az deyil. “Azərbaycan müəllimi” sertifikatlaşdırmada uğur qazanan bir neçə müəllimlə həmsöhbət olub, onların bu proseslə bağlı fikirlərini öyrənib.

“Sertifikatlaşdırma mənə uğur gətirdi”

25 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Ülviyyə İsmayılova Ağcabədi şəhəri 2 nömrəli tam orta məktəbin rus dili müəllimidir. Sertifikatlaşdırmada rus dili fənni üzrə respublika birincisi olub: “Sualların çətin olmasına baxmayaraq prosesə ciddi hazırlaşdığım üçün istədiyim nəticəni əldə etdim. Buna görə imtahan mənim üçün o qədər də çətin olmadı”.

İmtahan həyəcanı həm müəllim, həm də şagird üçün eynidir. Suallarla tanış olduqdan sonra müəyyən qədər rahatlıq yaranır, amma ona qədər həyəcan qaçılmazdır.

“Həm test, həm müsahibə mərhələsində həyəcan var idi. Çalışdım ki, onun öhdəsindən gəlim və çətin prosesi uğurla başa vurum. Nəticədə testdən 59, müsahibədən 40 bal topladım və ümumilikdə 100 mümkün balın 99-nu əldə etdim. Sertifikatlaşdırma mənə uğur gətirdi. “İlin örnək müəllimi” mükafatına layiq görüldüm. Rus dili fənnindən sertifikatlaşdırmadan kəsilən müəllimlər üçün ARTİ-nin təşkil etdiyi təlimlərdə təlimçi kimi fəaliyyət göstərdim və onlara kömək edə bildiyimə inanıram”, – deyə Ülviyyə İsmayılova əlavə edib.
O, sertifikatlaşdırmanın məsuliyyət doğurduğunu da vurğulayıb:

“Sertifikasiyadan sonra üzərimdə daha çox çalışmağa başladım, ixtisasım üzrə yeni biliklər əldə edirəm. Növbəti sertifikatlaşdırmaya hazırlaşmağa çalışıram”.

“Sertifikatlaşdırmanın müsbət tərəfləri çoxdur”

“Yüksək nəticə yığacağıma inanırdım. Hələ imtahandan əvvəl bunu demişdim və elə də oldu”, – deyən Gülnarə Xəlilova da sertifikatlaşdırmadan uğurla keçən müəllimlərdən biridir. 

O, 2019-cu ildən Bərdə rayonu İlyas Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışır. 2023-cü ildə sertifikatlaşdırmanın test mərhələsindən 59, müsahibə mərhələsindən isə 38 bal toplayıb.

“Mərhələləri adlaya bilmək üçün çox çətinlik yaşamadım. Özümü daim təkmilləşdirirəm, kurikulum üzrə may ayında hazırlığa başlamışdım. Sertifikatlaşdırmanın müsbət tərəfləri çoxdur: region üzrə uğurlu müəllim kimi tanınmaq, fəaliyyətimdə daha məsuliyyətli olmaq və sair. Hər hansı peşədə işləyirsənsə, onu sevirsənsə, çətinlikləri əzmkar şəkildə dəf edirsən. Mən də müəllimlik peşəsini çox sevirəm və həmişə də məqsədim olub. Sertifikatlaşdırmadakı uğurumun sirri özünəinamımdır”.

O, müsahibə mərhələsində həyəcanının az olduğunu da qeyd edib.

“Bu nəticə peşəkarlığımın rəsmi təsdiqidir”

Füzuli rayonu 50 nömrəli tam orta məktəbin müəllimi Aygün Vələdova sertifikatlaşdırmada maksimum nəticə göstərənlərdəndir. O, sertifikatlaşdırma sayəsində qazandıqlarından danışır:

“Ən böyük qazancım maksimum bal toplamaqla özümə inamımı artırmaq oldu. Eyni zamanda, bu nəticə peşəkarlığımın rəsmi şəkildə təsdiqidir və həmkarlarım arasında nüfuzumu artırdı. Təbii ki, əməkhaqqı artımını da nəzərə almaq lazımdır”.

8 ildir ki, riyaziyyat müəllimi kimi çalışan Aygün Vələdova bildirir ki, bu illər ərzində həm fənn biliyini, həm də pedaqoji fəaliyyətini davamlı inkişaf etdirib.

Digər həmsöhbətlərim kimi, o da imtahanqabağı yaşadığı həyəcandan və hazırlıq prosesindən danışır:

“Mümkün 60 balı toplamaq çox sevindiricidir. Çox çalışmışdım və zəhmətimin qarşılığını tam aldım. Gündəlik təkrar, onlayn testlər, kurikulumun öyrənilməsi və əvvəlki illərin sualları üzərində işləmək mənim üçün çox faydalı oldu”.

“Müsahibədə cavabların dərhal və inamla verilməsi tələb olunur”

Müsahibim test mərhələsinin daha asan və sürətli keçdiyini deyir:

“Düzdür, bəzi çətinliklər var idi. Məsələn, pedaqoji və kurikulumla bağlı suallar çətinlik yaratdı. Riyaziyyat üzrə fənn biliklərim güclü olsa da, bəzi suallar dərsin planlaşdırılması, qiymətləndirmə meyarları və sinif idarəçiliyi kimi mövzular dərin bilik tələb edirdi. Bu məqamlara xüsusi diqqət yetirməli oldum”.

Müəllimin fikrincə, müsahibə mərhələsi testdən daha çətindir. O, bunu belə izah edir: “Test zamanı sakit mühitdə işləyə bilirsən, amma müsahibədə cavabların dərhal və inamla verilməsi tələb olunur. Həmin anda həm öz biliyini nümayiş etdirmək, həm də emosional tarazlığı qorumaq vacib idi”.

Şərhlər

Xəbər lenti

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

17 sentyabr, 11:37

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb

17 sentyabr, 11:29

Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər

17 sentyabr, 11:03

Universitetlərin inkişaf yolu: Rəqəmlərdən keyfiyyətə doğru

17 sentyabr, 10:47

Təhsilini yarımçıq qoymuş 36 tələbə AzMİU-ya bərpa olunub

17 sentyabr, 10:37

Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar

17 sentyabr, 10:05

Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib

17 sentyabr, 09:58

BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb

17 sentyabr, 09:55

Ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüşlər keçirilib

17 sentyabr, 09:51

ADPU yeni tələbələrini qarşılayıb

17 sentyabr, 09:43

AzTU İsrailin Holon Texnologiya İnstitutu ilə əməkdaşlığa başlayıb

17 sentyabr, 09:39

Dövlət Proqramı iştirakçısı “Diana” mükafatına layiq görülüb

17 sentyabr, 09:34

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

16 sentyabr, 21:42

BƏƏ ilə təhsildə süni intellektin genişləndirilməsinə dair Memorandum imzalanıb

16 sentyabr, 18:03

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.